Dərinlik

114 17 9
                                    

Buludlar arası bir otaq verin mənə. Çıxışı olmasa, daha yaxşı, çıxmaq istəyimi basdıra bilərəm bir müddət. Sonrasını düşünmürəm hələ. O otaqda kənarda radiom dursun, ən son səsi açdıqca saçlarım uçuşsun.
Külək dolaşsın otağımda, hər divarı süpürüb getsin, otağım balacalaşa bilər.
Səssizlik daimi otaq yoldaşım olsun, onunla yaxşı rəftar edəcəyimizdən adım kimi əminəm. Bilmirəm, bəlkə də gediciyəm. Önəmli olanı; indi getməyim, bir neçə bulud topasının qalığı və biz.
Biz hüzura çatmalıyıq vaxtımız azaldıqca. Və xəyallardan ayrılmalıyıq ürəyimiz bir az daha qanadıqca.
İşini bitirmiş bütün hisslər, indi gedəcəkləri yeri bilmirlər. Ancaq. Olmazmı ki, qonaq edək onları biraz?
Səmimilikdə çata bilmərəm sənə bəlkə, sən daha yaxşı idin insanlarla ünsiyyətdə. Lakin lazım deyil göy və buludlar.
Silək bütün düşüncələri ağlımızın dərinliklərindən. Səthi nə qədər sakit olsa, içi o qədər yandırar, qaranlığı hələ heç görmədən gözlər ağırlaşar.
Bezmişəm bu mövzulardan, içimdə tükənməyən o qəm bulağı davamlı ağrıları süzür qarşımdaki bakala.
Yollar irəliləyir və mən dayanmışam yerimdə.
Qaça bilmirəm, susmaq alınmır, dərinlik yox olur və səthin səssizliyi.
Buludlar arası bir otaq verin mənə.
Yaşamaq ağır gəlir bu qədər insan içindəki durğunluq təcəssümünün iyrəncliyi.

Müəllif: Pəri Abbaslı
Tarix: 16-08-2016

Qələmə qüvvətDonde viven las historias. Descúbrelo ahora