Miskin

21 2 0
                                    

Dünya harada başlayıb, harada bitir?
Hanı bizə danışılan nağılların baş qəhrəmanları?
Əgər örnək olmadılarsa bizə, niyə yandırırdı şeytan onları?
Böyüdüksə necəsə,
Adam insan olmaqdan uzaq və qəlb qırmağa çox yaxın,
Içimizdəki təmizliyə şübhə duyacaqdıqsa bir gün,
Elə dünyaya göz açdığımız ilk anda niyə kəsmədik ruhumuzla salam-sağ olları?
Indi çox görkəmli məhkəmədə,
Miskin ruhumla mən təkbətəkə çıxsaq,
Yəqin, uduzan yenə mən çıxaram.
Nə fərqi var?
Mən ən çox özümdən şikayətçi olaram.
Şeir deyib gəlmiş-keçmiş şairlərə təhqir yağdırmaq məni məhbus etmirsə haradasa,
Bu dünyanın ədaləti, doğrudan da, səhvi, düzü qavrayar?
Miskinliyim nə gülməlidir,
Açarların surətini çıxartmaqda acizləşmək qədər yox,
Bir avtobus şoferi - mütləq 18.
65, 61-dən də çox
Yol qət edib, bizi haralarasa göndərirsə,
Uzaq yaxınların məhkəmə şöbələri bir də məni və ruhumu dindirirsə,
yenə bəraətə ən uzaq mən qalaram.
Nə fərqi var?
Mən ən çox özümdən şikayətçi olaram.
Bezgin əhval qanıma mürəkkəb axıdır,
Günahkar insanların artistliyi ən böyük dərdin 5 qatıdır,
Kiminsə qərargahında kimin vicdanı kimin allahıdır?
Hökm verilərkən ruhumun bəraətinə,
Şərik çıxan insanların gözlərində ilişib qalaram,
Nə fərqi var?
Mən ən çox özümdən şikayətçi olaram.

Tarix: 24.09.2019

Qələmə qüvvətTempat cerita menjadi hidup. Temukan sekarang