Əvvəla

34 4 4
                                    

Axrıncı dəfə də belə olmuşdu -
Elə bil yenə evlər yanırdı.
Əvvəla, yayda, gecənin üçündə -
Gecənin üçü, xüsusən, qorxmuşdu.
O halda artıq ütopik mənzərələr köməyinə çatmırdı,
Əvvəla, mətbəx pəncərəsi özünə bəddualar yapışdırırdı.
Yenə deyirəm, axrıncı dəfə də belə olmuşdu.
Hər yeni mahnı tapanda da gözləməyi tərgitmirsən,
2 ildən sonra yazanda da,
Qafiyə tapa bilməyəndə də,
Yanğınlar, daşqınlar, sızıntılar ağlına gələndə də,
Əvvəla, bütün yarpaqlar qurumuşdu.
Mən bilmirəm oranın ab-havasını,
Əsasən, Mykonos-dan danışırlar.
Iz buraxır gedir, paylaşsan olmur,
Paylaşmasan, heç olmaz,
Hər halda o bəstəkar da özünə nalayiq sözlər yağdırmışdı,
Əvvəla, payızda deyil, yazda olan ən qəşəng şey yağışdı.
Boş verin bu şeiri, misraların da başı qarışdı.
17 marta keçərkən bu gün elə bil bütün illərə naxışdı.
Və gözəl mahnı bütün həyatlara toxunanda
Məni boş verin, siz yolunuza davam edin. 

17.03.2019

Qələmə qüvvətOnde histórias criam vida. Descubra agora