Aya əlim çatırdı!

429 38 6
                                    

Ümidlərimi nərdivan etdim, çıxdım Yer üzünün ən üstünə. Aya əlim çatırdı.
Aya əlim çatırdı!
Mən uçurdum, belimdəki qanadların ağırlığını duyaraq. Sevirdim dünyayı, indi daha uzaq görünürdü.
İncə xəyallardan hörülmüş iri qanadlarım. Ucaldırdı məni ən yüksəyə.
Aya əlim çatırdı.
Eyzən gözlərim dumanlı görürdü insanları. Axı onları yaxına buraxmırdı nə Ay, nə Günəş. Uzaqda idik onlardan.
Ay şirin bir nəğmə, gözəl bir bəstətək zümzümə edirdi Günəşə sevgisini. Melodiyalara dönüşüb çəkdiyim hər nəfəsdə ciyərlərimi doldururdu.
Aya əlim çatırdı.
Nə gözəlsən sən, İlahələr ilahəsi. Nə gözəlsən, ey dərdli aşiq!
Mənim də nalələrim sənə qalırdı.
Aya əlim çatırdı.

Müəllif: Pəri Abbaslı
Tarix: 20-12-2015

Qələmə qüvvətDonde viven las historias. Descúbrelo ahora