Sözlərə qarışmışdır başım

109 16 6
                                    

Sözlərin var oluşu, yaradılışı bəzən incidir, bilirsənmi? Tükəndikdə artıq son yarpağını uğurlayan sonbahar ağacı kimi qalırsan yolun tən ortasında. Yol dediyim isə həyatdır, əzizim, həyat.

Həyatın tərifini soruşma amma.

Yaşım az, gözlərin ətrafında qırışlar yox. Sayılacaq bəyaz saçlarım... Heç.

Amma bilirsənmi ki, ən gözəl duyğular kəlmələrin ağuşuna alınmış incə, həssas göz damlaları ilə birlikdə yaşanır. Ax, o xoşbəxtlik qığılcımları alışıb-yananda cavan könüllərdə. Günün doğuşunu izləmək nə xoş görünür və buna sevinirəm. Sonra pəncərəyə çıxdıqda küləyin üzümə vuruluşunu sevirəm. Külək də bir az çoxmu səmimidir, ya nə? Külək belə xoşbəxtlik verir sözlər qədər olmasa da.

Sözlər, sözlər.

Boğazımıza yığılıb qalınmış, müalicə alınmadan ata bilmədiyimiz və müalicə almaq istəmədiyimiz ən gözəl hisslər. Sözlər...

Üç nöqtə bilirsənmi nədir, dost? Üç nöqtə kəlmələrə belə sığışmayan ən dərin bağırtıların davamını gətirənlərdir. Sözlər...

İndi düşün, yazmamaq bir mükafatdırmı? O halda, bağışlayın, sözlərə qarışmışdır başım biraz.

-Pəri Abbaslı-
08.09.2016

Qələmə qüvvətDonde viven las historias. Descúbrelo ahora