Uzaqlardan iraq

157 14 4
                                    

Soyuqlaşdıqca uzaqlaşırıq, fərqində deyilik. Deyək ki, bir dəfə fərqinə varmadıq, yaxud bunu heç istəmədik.
Axırı ki, qələmi əlinə alıb kağıza qaralamalar atdığını gördükdə qəbullanırsan, sən yalnızsan.
Hördüyün divarlar dörd yanını bürüyüb, elə ki sən hətta yuxarıdaki ulduzlardan xəbərsizsən. Buludlara kor olmusan. Çölə qapalı, içinə açıq olmusan.
Həyat belə birşeydir də, nə etmək mümkündür? Amma bəzən sən aşmalısan o çərçivələri. O mənzərələri yıx.
Azadlıq toxumları içində yeşərməlidir. İnsansan sən!
Kimə, nəyə, neyçün asılı qalarsan? Özünü içinə saldığın bu sonsuz labirinti yıx, divarlarını yıx.
Gərəkli olan gücdür sənə.
Hamıdan çox lazımdır sevgi sənə.
Uzaqlardan iraq olsun acizliyin sənin, özünə yaxın olsun fikirlər, düşüncələr.
Yaxına bıraxma pis düşüncələri, içindəki yaxşılıq olduğu qədərsən.
Qulağına səslər gəldikdə dərk etdiyin, sözlərin hər biri ayrı bir vurğuyla çıxarkən onlardan ilhamlandığın qədərsən.
İnsanlığa yaraş.
İnsanlara yaraş.
Yalnızlığı yox et, qara və ağı yox et, bozluqları yox et.
Göyüzü qalsın sənə. Tək bir rəng olsun hər şeyin.
Sən buna dəymisən.
İnsanlığa yaraşırsan.
İnsanlara yaraşırsan.

Müəllif: Pəri Abbaslı
Tarix: 21-07-2016

Qələmə qüvvətOù les histoires vivent. Découvrez maintenant