20 Yanvar

341 44 5
                                    

20 Yanvar faciə deyildi, faciədən daha betər idi. Ürəyimizə hopmuş dərin ağrı, gözlərimizə dolmuş yaş, tariximizə yazılmış bədbəxtlik, bir ananın qırışları idi 20 Yanvar. Vətən uğrunda, torpaq uğrunda, el-oba uğrunda qorxusuzca candan keçməyin ən əzəmətli nümunəsi idi o gün. Vətənin birliyi idi o gün, şərəfin varlığının sübutu idi, vicdansızların ifşası idi. Ən əsası 26 ilin hər 20 Yanvarı ağlağan körpətək azadılığımızı çığıran gün idi o gün.
Bir təsəlli deyil şəhid ailələrinə büründüyümüz bu yas. Axı, sevdiyini itirmək bu qədər asan deyil. Onun cansız bədənini görmək, ruhunun səninlə olduğuna inanmaq... Asan deyil. Onlara qalan tək təsəlli soyuq baş daşı, bəlkə bir neçə paltar, bəlkə bir neçə yazı...
Onlar 21 yanvar unudulacaqlar. Sonra növbəti ilin həmin günündə yenidən misafir edəcəklər yüzlərlə insanı öz evlərində. Məzar daşlarınız qərənfillərlə bəzədilsin, ruhunuz şad olsun!

Müəllif: Pəri Abbaslı
Tarix: 20-01-2016

Qələmə qüvvətDonde viven las historias. Descúbrelo ahora