Qədəri, kimisi

115 16 0
                                    

Kiçik otaqlar necə böyük göstərir gizlənmək istəyimizi,
Paltarlar necə boş gəlir qaranlığın sönük bədəninə.
İşıqlarla vuruşan o qədim qəhrəmanlar artıq yoxdur,
Bəlkə də gəlib baxırdılar gülüşümüzə.
Tarixlər yalan dedi bir xeyli,
Lal olduq, kar olduq, istənməyən can olduq,
Qollara atılan peşmanlıqlar olduq.
Gəlmədik yaz gününün günəşli sabahına, tab gətirmədik həyatın cavabına.
Səhv yazılan sözlər kimi pozmaq üçün gərəkli olanlar itdi yanımızdan.
Kağızlar qaralandı, qələmlər tükəndi, mürəkkəb bərbad.
Cavan yaşımız bizdən bezib, cana doyub, heyhat,
İnanclar itirib bizi ilim-ilim yolumuzdan, qaçış düşüncələrə yad.
Xoşlanmış ömürlər uzaq durur talelərdən
Bir düşməntək, dostdan uzaq.
Uşaqlığımız bəsdir dünyanı ağlatmağa,
Gücümüz çatmır sadəcə, dünya qədər gözdən iraq.

Mercedes gibi,
Turkuaz gibi,
Yaz gibi.
Fazla bir mektup son bir şans gibi.

-Pəri Abbaslı-
10.09.2016

Qələmə qüvvətWhere stories live. Discover now