Ağacların yarpaqları, sevincin ağacı

101 8 1
                                    

Yuxuya getmiş sevinc ağacının budaqları titrəyir əsən küləyin ruhunu donduran soyuğundan. Yarpaqları tökülür sevincin. Biri xəyal rəngində, biri qəm.
Biri ən tünd çalarıyla, biri yarım-yarım, gah var, gah yoxmuş kimi. Bilmək olmur havanın işlərini. Bəzən gənclik fəslinə bürünüb Günəşin gəlişini gözləyir, gözləri yol çəkir.
Ən dərin köklərilə həyata tutunmağa çalışan sadəcə 2-3 ağacdan biri idi o sevinc ağacı da.
Nə edilə bilərdi ki, insanlar sevincini sevməyəcək, küləkdən qorumayacaq qədər, Günəşi üfüqdə axtarmaz dərəcədə laqeyd qalmışdılar hər şeyə.
Sevinc axtarmaz, xoşbəxtik dilənər.
Qayğı göstərməz, dostluq gözləyər.
Əmək verməz, bar gözləyər.
İnsanlığın heç düşüncəsi yoxuydu sanki. Təfəkkür sırf onların adlarıyla yanaşı hallanmırdı sanki bu boyda kainatın hər zərrəsində.
İnsanların qəribəliyinin başlamadığı yerdə bitəcəkdir cavabı tapılmamış suallar. Sualların başladığı yerdən bu günə qədər əl uzadır bütün duyğular da.
Ağacların yarpağı əsəndə kökü sarsılır elə bil, amma bu insanlar sarsılmır ki, sarsılmır.

-Pəri Abbaslı-
15.09.2016

(bu nə idi belə, heç bilmirəm. )

Qələmə qüvvətWo Geschichten leben. Entdecke jetzt