Anlaşılmağa məcbur qalmış bir neçə şey

95 7 6
                                    

Çılpaqlığı ilə üzləşmiş budaqlar üzünü göyə tutub tökülən yarpaqlarını geri istəyirdi. Şam ağacları hökm verirdi: "Yarpaqlarınızla vidalaşdınız!"
Əziz yay günlərində gərək qalmadan sevilən o yarpaqlar artıq yerlə bütünləşib budaqlarını tərk etmiş və küləyin sahibkarlığına inandırmışdı özünü. Yarpaqların yaza qalmış azca inamı, birazca sevgisi, tomurcuqlara olan həsrəti toxunurdu qəlblərinə bir qədər.
Düz bir yolla avtobus dayanacağına qədər addımlamaq çox sadə gəlirdi digər bütün şeylər kimi. Dəyişmək lazım gələn şeylər yoxa çıxırdı elə bil.
Necə ki ağaclar unudub yazın geri dönəcəyini, biz də eləcə unutmuşduq soyuğu. Dərimizdə hiss edirdik soyuq toxunuşları. Külək vecsizcə döyürdü qalın paltarlarımızı. Sonra qıraqda anasını gözləyən bir 3-cü sinif şagirdi toxunurdu gözümüzə, biz də dayanıb uşağı seyr etmək istəyirdik. O, ağaclara zilləmişdi baxışlarını, ağıllıca ətrafa boylanır, valideyninin yolunu gözləyirdi. Yanında qaçışan sinif yoldaşları onu maraqlandırmırdı heç. Cəmiyyətin qəbul etdiyi ciddi qanunlar 8 yaşlı uşağa hələ o qədər də yüklü görünmürdü, o zənn edirdi ki, burada oturmağında problem yoxdur.
Nəzərlərimiz bir az sonra heç xəbərimiz olmadan uşaqdan başqa yerlərə dikilir. Misalçün; səkilər, mağazadan çıxan əli dolu, yaşlı bir nənə, vecsizcə gülən bir qrup cavan. Daha necələri.
Ağacların budaqları isə həssasdı. Başa düşmək lazımdır axı, həssas. Qırıldıqda sarğılar onlara kömək olmayacaq.
Bir Oğuz Atay cümləsi yada düşür: "Məni dərhal anlamalısan, çünki mən kitab deyiləm, çünki mən öldükdən sonra heç kim məni oxuya bilməyəcək. Mən yaşadığım müddətdə anlaşılmağa məcburam."
Ağacları unutmayaq. Onlar ağacdırlar və qış vaxtı sərt ayazlar əsdikdə anlaşılmağa məcburdular.
Onlar ağacdırlar və qəlbləri yoxdur kimi gəlir bəzən, fəqət cansız məfhum olduqlarını demək nə mümkün? Dekabr çağlarının soyuq davranışına küsüb hətta payız başladıqda yarpaq tökən onlar deyilmi?
Onlar ağacdırlar və mənhus fikirlərə ehtiyac yoxdur.
Onlar ağacdırlar və yayda 63 yaşlı, saçları ağarmış bir babadan fərqlənməyən tərzdə bizi istiyə qarşı qoruyurlar.
Onlar ağacdırlar.

-Pəri Abbaslı-
20.01.2017

Qələmə qüvvətDonde viven las historias. Descúbrelo ahora