Tək qalmaq, tək olmaq

509 50 25
                                    

Şeir başladıqca, səsin bir qədər yüksəldikcə, sən həyatdan tamam qopduqca tək qalacaqsan fəzada. Ulduzlarla danışdıqca, sevdiyin mahnı qulaqlarında çınladıqca, sən susmağa məcbur qaldıqca, danışıb da deyə bilmədiklərinə susacaqsan. Gözlərini bağlayacaqsan və hiss etməyə çalışacaqsan. Həyatını sorğulayacaqsan. Hərdən bir açıq pəncərə xəyal edib dəfələrlə ordan özünü atacaqsan. Bir köməyi olacaqmı, dost? Bədənində yalnızlıq qoxusu gəzdikcə və beynin susmadıqca, ölsən nə fayda, yaşasan bir gün, iki həftə, üç ay da... Tək qalacaqsan. Tək.

Müəllif: Pəri Abbaslı
Tarix: 11-10-2015

Qələmə qüvvətHikayelerin yaşadığı yer. Şimdi keşfedin