Qaçsam buralardan

1K 91 25
                                    

Qaçsam buralardan...
Getsəm uzaqlara... Başıma bir şey gələrmi, Bakı? O küçələr məni tanıyarmı? O boş səkilər anlayarmı düşüncələrimi? Hər səhər məhlə-məhlə dolaşıb yerləri süpürən xalalar süpürərmi yerə tökülmüş qəlbimin qırıntılarını?

Narahat olma, Bakı. Qaçsam buralardan bil ki, hələ də bir hissə daşıyıram qəlbimdən. Kəskin divarları qanadır ruhumu, acı verir.

Qaçsam buralardan... O adını belə öyrənə bilmədiyim prospektlər gizlədərmi məni piyan və narkoman piyadalardan?

Mən onlardan qoxmuram, bilirsən. Onlara danışsam qəlbimi necə parçalara böldüklərini, necə bir güzgü bədbəxtliyi kimi qırıb tökdüklərini məni başa düşərlər... Onsuzda, onları da bu yola çəkən qırılmış qəlbləri və o qəlbin qırılma səbəbləri deyilmi?

Bakı, burdan qaçsam inciyərsən? Küləklərin yenə əsər yoxluğuma aldırmadan? Yenə yağışların yağar?

Qaçsam buralardan nəsə dəyişər?

Müəllif: Pəri Abbaslı
Tarix: 07-07-2014

Qələmə qüvvətOpowieści tętniące życiem. Odkryj je teraz