Kod adımız: gülümsəmək!

205 26 2
                                    

İlk öncə təmiz havanı çəkirik ciyərlərimizə. Və gülümsəyirik.
Bizə qalan tək şey olan o gülümsəmə həyatımızı mənalı edən tək-tük şeylərdəndir, unutmayaq.
Bu, bizi biz edir.
Necə ki insanın mənəviyyatı nə qədər çirkin olur olsun, gözyaşları ilə o insana qucaq açırıq, eləcə də nə qədər beynində bədbin düşüncələr hərlənir hərlənsin, gülümsəmək ən gözəlidir.
Sadəcə yaxşı hiss etdikdə yox.
Hər anında.
Yuxudan oyananda gülümsəyin. Bilirəm, bilirəm, dərsə/işə gedənlər üçün bu heç də asan deyil. Amma ürəyinizdəki şikayətləri gülümsəyərək yox etmək heç də pis olmaz, elə deyil? Təsəvvür edin, bir gün oyanırsınız və görürsünüz ki, siz çox gecikmisiniz. Ürəyinizdən yağlı bir söyüş keçir, amma siz özünüzü cilovlayaraq sakitcə durub gülümsəyirsiniz. Sizcə, dünya şoka düşmüş olmaz? O zaman kainat belə düşünəcək: "Hey, buraya baxın, mən sizi daima səhər oyananda əsəbi görmək istəyirəm, bu gülümsəməni yığışdırın." Və siz bu egoist dünyaya baxıb yenə də gülümsəyəcəksiniz!
Kod ad budur: gülümsəmək.

Müəllif: Pəri Abbaslı
Tarix: 23-05-2016

Qələmə qüvvətOnde histórias criam vida. Descubra agora