Gələcəkmi, gələcək?

277 33 4
                                    

İnsan düşünmədən edə bilmir, keçəcəkmi bu günlər? Sevincli-kədərli günlərin qoynuna, bir arı çiçəyə yaxınlaşan kimi yaxınlaşırıq. Dumanlı dağlar qədər görünməzdir gələcək. Gələcəkmi gələcək?
Əlçatmaz bir şey deyil istənilən. Yaşamaq tək arzu, son gününə çatmaq tək məqsəd, insanlardan ayrılmaq tamam ayrı.
İllər sonrasından əminliklə danışılır daha bu günü belə yola verə bilməmişkən. Bəlkə də, gələcəkdir gələcək.
Arzun nədir, etibarsız insan? Nə istəyirsən həyatdan? Həyat məqsədin nədir? Gələcəyəmi çatmaq, keçmişəmi ümid bağlamaq?
Baxaqmı gələcəyə ümid dolu baxışlarımızın həssaslığı ilə, ümid bəsləyək?
Kimik biz, etibarsız insan?
Bilərsənmi, gələcəkmi gələcək?

Müəllif: Pəri Abbaslı
Tarix: 31-03-2016

Qələmə qüvvətHikayelerin yaşadığı yer. Şimdi keşfedin