Dünyanı xilas edəcək

95 8 2
                                    

Bir şairin duyğuları notlarla qarşılaşanda hava şəraitinə belə təsir edər. Hiss etdiyin andan etibarən çöldə Günəş parıldamaz, əksinə, bəyaz qar parçacıqları tökülər həssas-həssas. Havanın qaranlığı tutar, qaşlarını düyümləyər, üzünü əyər, əsəbləşər. Yolda gedərkən biz də təəccüblənərik havanın bu cürə dönməsinə. Lakin olmamalıdır bu təəccüb bu qədər yüksəkdə.
Bir bəstəkarın qüvvəsi qovuşduqda o not sətirləri ilə, həyatımız uçurumun kənarında zəif qayalar kimi tək-tək yuvarlanar dənizə doğru, ya da olduğu yerdən geriyə addımlayar, uçurumdan uzaqlaşar. Bəstəkar isə sakitdir, səssizdir. Danışıb-dinmir, yaratdığı şərait, bəlkə də, özünə belə aydın deyil.
Bir uşağın isə əli dəyəndə kəsici daşlara, güllər bitər səthində. Torpaqlar yaşıllaşar və göyqurşağı yağışı gözləməz. Dünya pis və yaxşıdan, xeyir və şərdən ibarət olmaz. Dünya sadəcə dünya olaraq qalar. İnsanların yaşadığı, deyib-güldüyü, yelləncəkdən yıxılmağın ən fəlakət hadisə olduğu o dünya. Başqa tərəfi yox.
Və bəli, uşaqların gülüşləri ən gözəl mahnı olar, ən gözəl şeirlər onlara yazılar. Vüsal həsrətilə alışıb-yanan şairlər utanar, uşaqların sevgisiylə boyanar.

-Pəri Abbaslı-
04.12.2016

Qələmə qüvvətDonde viven las historias. Descúbrelo ahora