Pəncərə, pəncərə...

119 16 2
                                    

Pəncərədən çölə baxdım və qulağıma gələn ilk mahnını sözlərini bilib-bilməməyi önəmsəmədən oxumağa başladım. Uşaqlıqda ən çox da bunu edirdim. Evdən çox, pəncərə qırağında keçirdi günlərim. Qarşıda duran o mənzərəyə baxaraq bəzən bir aparıcı olub tv'də gördüyüm uşaq proqramını aparırdım öz aləmimdə. Bəzən bir ifaçı olub mahnılar söyləyirdim. Aşağıdakilara heç baxmırdım. Gözüm göylərdəydi. Səhərlər açıq səma, gecələr ulduzlar, amma hər zaman buludlarda. Bəzən pəncərinin qıraqlarını piano bilib barmaqlarımı oynadaraq piano çalır kimi hiss edirdim.

Anamın o mükəmməl musiqi duyumu keçmişdi bəlkə də. Amma bu barmaqlar skripka, gitara simlərindən sonra qələmin seçdi. Və kim bilə bilər, bəlkə də mən çoxdan qələmi tutarkən hiss etmişdim; bu, mənə görədir.
Və yenə, kim bilə bilər, gələcək illər bu düşüncəmə görə özümü 'səfeh' adlandıraram.

Mənzərə gözəldir, mən yuxudan bezmişəm və bu gün özümə istirahət tanımışam, qəhvəmi içib ayıq beyinlə durmuşam bütün göydələnlərin və Bakının qarşısında.

Bakıya yazdığım sözlərdən sonra hiss edirəm ki, küsüb o.

Eybi yox.

Gecə çatdı səhərə,
Laylay dedim şəhərə,
Açılmadı bir kərə,
Pəncərə, pəncərə, pəncərə.

Yeni bir mahnı, yeni sözlər. Külək əsir. Günəş doğur.

- Pəri Abbaslı -
20.08.2016

Qələmə qüvvətOù les histoires vivent. Découvrez maintenant