Solğun Ay, gücsüzləşmə

98 9 7
                                    

Necə qəribədir ki, Ay işıqlarını saçsa da, güclü deyil. Necə incidir biz - gecəsevənləri Ayın gücsüzlüyü. Necə qırıq baxır ki, biz onun kədərini basdıra bilmirik.

Ay necə gözəldir. Qaranlığın önündə necə təmiz görünür. Təmizliyi üzünə vurur və Yerin çirkinliklərini örtmək istəyir, deyəsən.

Onun hüdudunda ona çatmaq istəyən bir şeylər var, halbuki, özü izn vermir.

Bu Yer. İndi ona dostluq edən bu Yer yol üzərində təkər səslərini dinləyir. Eh, bu şəhər avaraları. Gecələr necə gəldi sürürlər. Dəfələrlə eşidirəm təkərlərin çığırtılarını, sonra heç duymasam da rezinlərinin yeyilmə iyi gəlir burnuma.

Qəribəsi də odur ki, mən heç elə bir iy duymamışam. Və maşın yolu bizdən uzaqdadır.

İndi pəncərənin yanına bir stul qoyub oturarkən, hə bir də yastığını alarkən nə düşünmək lazımdır ki?

Mən Ayın güclü tərəfini heç görməmişəm. Sadəcə bəzən suların nəğməsini dinlərkən göyüzündən mənə əl sallayırdı. Heç qaranlıq düşməmişdi.

Və Ay böyük risk etmişdi, Günəşlə görüşə gəlmişdi.

Rədd ediləcəkdi, hər zaman olduğu kimi. Və hər zaman bu davam edilişə lənət oxuyur.

Bir daha gəlir.

Günəş yox olmağa üz tutdu. Elə üfüqlər də çox pis oldu Ayın halına, amma qaçıb gedə bilmədilər. Eləcə Günəş getdi, Ay qaldı.

Dedim axı, qaranlıq deyildi. Ay solğun idi. Solğunluğu biruzə verirdi tez onu. Xəstə-xəstə sevgi dilənməyə gəlirmiş kimi dayanmışdı bütün dünyanın önündə. Yazıq deyilmi?

Yazıqdır.

- Pəri Abbaslı -
25.08.2016

Qələmə qüvvətDonde viven las historias. Descúbrelo ahora