Üşüməsən, qışı sevə bilməzsən

54 6 0
                                    

Bəzən çətin gəlir, bilərsənmi o boşluğu? Bəzən həqiqətən də çətin gəlir. Amma bəzən sadəcə olaraq gəlir. Sonradan çətinliyini dərk edirsən ki, bu bir sual yaradır: axı nə cürətlə?!
Nə cürətlə bu cürə çətin ola bilər bu qədər böyük bir dünya, necə ola bilər ki, vicdanını sığdıra bilməz bu böyüklükdə yerə?
Sığdırıbdır da, bəlkə, bir müddət.
Sonra lazım olmadığını görüb vicdanını kainatın boşluğuna atıb, oralara insanları alıb. İnsanlar da binalar tikib, nə bilim axı, yeni ixtiralar edib. Bəzən atom bombası ilə evləri dağıdıb, sonra sıxılıb, yollara ağaclar əkib-filan. Hardan bilə bilərik ki.
İndi qışdırsa, indi qar yağırsa, heç də çətin gəlmir sanki. Qar yağmağı məlumdur və sözlərə ehtiyac duymur bu yerdə.
Qar yağırsa, üşüməliyik.
Qar yağırsa, çirklərdən arındığımıza əmin ola bilərik. Bakı ağ paltarını əyninə geyinib uşağa bənzər çöhrəsini küləyin toz basmış pərdələrinin kənarlarından bizə göstəribsə, o halda üşüməyə dəyər. Çünki qar yağır.
Çünki qar.
Bu, çətin gəlmir. Pəncərəni açıb üzümüzə vuran qar dənələrinə qarşı mübarizə aparmaq heç də çətin gəlmir. Qar dənələrinin gücsüzlüyünü etiraf etmək şahidlər gərəkdirən işdir, fəqət bir məsələ var, qar dənələri bir az gücsüzdür. Onları eşitdirməmək gərəkdir bu sözü, çünki zəiflik bizim dünyamızda acizliyə bərabərdir. Xeyr, sənin fiziki gücündən başqa bir şey nəzərdə tutulmur. Zəifsən, o qədər.
Çətin gələn şeyi tapdıq.
Necə ola bilir ki, qışa nifrət elətdirən duyğular qara baxanda sizi hüzurun nirvanalarına qovuşdurur?
Ümumiyyətlə, günahları boynuna yıxacağımız bir şeyi axtarırıq hər zaman. Amma qəbullanaq; dünya, zaman, qış, isti havalar, ağaclar, sizə hökm verən müdürləriniz, insanlar hər zaman ədalətlidirlər. Sadəcə. Bəzən sizə yox.
Və bu, çətin deyil.

-Pəri Abbaslı-
19.02.2017

Qələmə qüvvətDonde viven las historias. Descúbrelo ahora