Parçalarla

80 8 0
                                    

Bəlkə, ruhumuzdan aşan təkrarı olmayan dalğalar böyüyüb qasırğalar əmələ gətirəcəkdi,
Bəlkə, yuxu yata bilməyəndə təptəzə tapıb çox sevdiyimiz mahnılara qulaq asanda hardasa - başqa yerdə hiss edəcəkdik özümüzü.
Bəlkə deyirəm, heç görməmiş kimi edəcəkdik bütün bu evi, məhləni-filan.
Yenə deyirəm. Bəlkə.
Bəlkə, tavanlar bizə olduqca dar gəlirdi.
Növcavanlığın ilkin təməllərində biz tavanlarda məhdudlaşmaqdan nifrət edirdik, ya da ki bunları düşünməyə də dəymirdi.
Çanta-çanta dəftər-kitab yığıb zibilxanalara boşaltmadıqsa, biz qocalanda nəyə görə peşman olacaqdıq?
Ya yaşamaq bizə çox çətin gələndə qocalığı heçə saysaq, həyatı necə bitirməyə başlardıq?
Bəlkə, açıq balkonlar ideal məkan kimi görünürdü.
Hər nə də olsa, oranın tavanını ulduzlar hörürdü.
Orda oturub küləklərlə məzələnəndə,
daha doğrusu,
onlar məni elə hey yuxarı itələyəndə içimdən bir cümlə keçirdi:
"Bura gözəldi, buranın tavanı yoxdur".

Pəri Abbaslı
10.09.2017

Qələmə qüvvətDonde viven las historias. Descúbrelo ahora