Getdilər, Tanrım

1.5K 126 33
                                    

Salam, Tanrı. Bu gün bir daha öldüm xəbərin varmı? Bu gün bir daha basdırıldım və bir daha xəyallarımı torpağa əmanət etdim. Tanrım. Bu gün öldüm. Bu gün yenə getdilər məndən. Elə getdilər ki, bu gediş bitişim oldu. Elə getdilər ki, gedişlərində çox 'səndən qisas aldıq' var idi. Elə getdilər ki, sanki bütün səhvlərimi, bütün güvənimi, bütün dəyərimi üstümə əsən rüzgarla birlikdə sovurdular üzümə. Hər addımlarında beynimə və ürəyimə vurulan zərbələr artdı, Tanrım. Amansızcasına. Kaş olmayaydı, Tanrım. Kaş getməyəydilər. Hər yeni günə ümid etdikcə, ümid etməyi öyrəndikcə, bildikcə ki xəyallar yaşayır hələ də, onlar puç etdilər kiçik xəyal toxumlarımı. Gedərkən əzdilər ümid baxçamı. Getdilər, Tanrım. Kaş o son dostlar getməyəydi.

Müəllif: Pəri Abbaslı
Tarix: 21-03-2015

Qələmə qüvvətDove le storie prendono vita. Scoprilo ora