Qaç

468 55 4
                                    


Qaç, dostum, qaç. İstədiyin qədər qaç. Ciyərlərin sənə üsyan qaldırana qədər qaç. Ailəndən qaç, dərslərindən qaç, dostlarından qaç, tanışlardan qaç. Qaçaqaç. Kilometrlər qət et. Amma unutma. Qaçdığın məsafə səni ətrafındakilərdən uzaqlaşdıra bilər. Özündən yox. Dayanmadan qaç. Üzərindən qaçdığı yollar yol yoldaşı olacaq sənə. Uzaqlaş hər kəsdən. Ağlının bir yerində olsun, özlüyündə bir metr belə qət edə bilməyəcəksən. Özünü heç sayıb qaça bilməyəcəksən. Düşüncələrini səssizləşdirə bilməyəcəksən. Onları susdura bilməyəcəksən. Bədənin sənə lənətlər edəcək, amma ruhun hər zaman səninlə olacaq. Bütün yorğunluğu və çöküşü ilə. Qaç, dostum, qaç.

Müəllif: Pəri Abbaslı
Tarix: 07-10-2015

Qələmə qüvvətWhere stories live. Discover now