Burada olmayanda

180 17 0
                                    

Çox qarışıqdır, fikir vermisiniz?

İndi dinlədiyim mahnı çox şey ifadə edir, amma qalırsan belə heç nə edə bilmirsən. Ümumiyyətlə, sözün var ikən danışa bilməməkdən daha pisi nədir, bilirsiniz? Danışmağa sözünüzün olmaması.

Artıq bir şeyləri qəbul etmək.

Əsasən də budur ən pisi, ən bərbadı: qəbul etmək.

Ələlxüsus, qəbul etməli olduğun şeydən imtina şansın varkən, bacarmırsan, gücün çatmır.

Gücünün çatmamağı da bilavasitə sənin qəbul edişindən başlayır. Gücün azalır, yox olmağa başlayırsan, əsasən də hisslərin yox olur.

Misalçün, bir masanın üzərində vazda gül dəstəsi qoyun. İlk 1-2 gün hər dəfə masanın yanından keçəndə onu qoxlamaq, iyləmək istəyəcəksiniz. Amma artıq 4-5 gündən sonra o gül adiləşəcək, həmin gülü qoxlayanda burnunuza gələn qoxu da. Ona görə vaza yaxınlaşmayacaqsınız bir müddət.

Bu da ondandır elə. Var orada-bir yerlərdə. Yaxınlaşsan, həmin şeylər yenə tanıdıq bir sima kimi üzə çıxıb bir yerləri mütləq ağrıdacaq, amma orada qalması və gözə görünməz olması daha yaxşıdır, axı sən də insansan.

Duyğu yüklüsən, hiss etməlisən yenidən, yaşamalısan. Zaman da axır gedir axı. Kim gözləyəcək, kimi gözləyəcək?

Eynən o vazdaki gül dəstəsi kimi. Onun da gözəlliyi solur, geriyə tökülmüş ləçəkləri yığışdırmaq və zibilliyə atmaq qalır.

Acıdır, deyilmi? Belə birbaşa deyəndə adama vicdansızca gəlir.

Gəlir.

Müəllif: Pəri Abbaslı
Tarix: 20-06-2016

Qələmə qüvvətDonde viven las historias. Descúbrelo ahora