Buyurun. Oturun, təzə çay dəmləmişəm

184 22 6
                                    

Hər gələn insan necə sevimli görünər gözümüzə. Necə gözləri ay işığı qədər parlaq və şəffaf, necə kədərli və dolu baxar.
Hər gələnlər necə yaxındırlar bizə.
Pisi də, yaxşısı da ilk gələndə necə bir 'gələn' görkəmi var idi üzlərində.
Hər insan ilk gələndə gözəldir, unutma.
Onların gözəlliyi də hələ heç yaxınlaşmamaq, heç sirrlərini bölüşməmək və heç dalaşmamaqdır.
Qısa problemlərlə yorduğun insanlarla arana egoların girməməsidir.
Bacarardınmı?
İnsanlar uğrunda, 'gələnlər' uğrunda özündən imtina etməyə, egondan güzəştə getməyə hazırmıydın ki?
Dostlar gəlir, sonra gedirlər. Sonra yenisi peyda olur.
Gəlirlər.
'Gəlmək'. Başa düşdün də?
Gəldinizmi yeni gedəcəklərim? Tezmi gedəcəksiniz, gecmi?
Buyurun. Oturun, təzə çay dəmləmişəm.

Müəllif: Pəri Abbaslı
Tarix: 24-06-2016

Qələmə qüvvətOpowieści tętniące życiem. Odkryj je teraz