Yadlaşmışlar

173 19 4
                                    

Yorğunluqdan kəsilən saçlar uzanır, yadlaşmış gülüş öz yerinə qayıdır. Güclənirsən, təzələnirsən, daha çox yenilməyə qarşı çıxırsan. Döngələr müxtəlifləşir. Əvvəllər sabahdan sonra gecənin gələcəyi reallığına daha yaxın idinsə, artıq gecədən sonraki sabahı sevməyə başlayırsan.
Bir söz deyəcəyəm, amma əsəbləşməyin: Gedənlər. Gedənlər elə getdikləri yerdəcə qalırlar.
Amma zaman keçir. Tik, tak. Eşidirsiniz?
Zaman keçdikcə də, atılan tikişlərin hamısı möhkəmlənir. Gülümsəməniz böyüyür, gözlərinizdəki işıltı artır. Hətta elə bir həddə çatır ki, ətrafdakilar da sizdən xoş əhval-ruhiyyə alır.
Qaçmırsınız, addımlayırsınız. Addımlarınız yavaşıyır və siz rahatlayırsınız. Məqsəd, inam və güvən olduqda necə də yüklər azalır çiyindəki. Necə də yüngülləşirsiniz bir saniyənin içində.
Yorğunluqdan kəsilən saçlar uzanır, yadlaşmış gülüş öz yerinə qayıdır.

Müəllif: Pəri Abbaslı
Tarix: 02-07-2016

Qələmə qüvvətDonde viven las historias. Descúbrelo ahora