Soyuq

412 43 4
                                    

Soyuqdur, dost, soyuq. Bakı soyuqdur. Bakı üşüyür.
İnsanlarına sığınır. Onların isti və daş qəlblərinə.
Gözlərinə tutulur. Mehriban və qara gözlərinə.
Barmaq buğumlarına tutunur. Kitabın bir vərəqini çevirərkən, gülümsəyən buğumlarına.
Bakı üşüyür, dost. Gəl yandıraq kəlimələri, Bakını isidək. Gəl qıraq bütün zəncirləri Bakı azad olsun, isinsin. İstiliyi hiss etsin.
Qoy qaçsın Bakı.
Biz qaça bilmədik.
Qoy Bakı qaçsın soyuğa qarşı.
Bakı qaçsın Xəzərə.
Xəzər Bakı olsun, Bakı xəzan.
Bakı payız olsun, qış olsun, amma yaz olmasın.
Bakı üşüyür.
Bakı isti olsun, işıq olsun, işığa pərvanə olsun, amma göy olsun, yer olmasın.
Bakı üşüyür. Gəl yandıraq kəlimələri, Bakını isidək.

Müəllif: Pəri Abbaslı
Tarix: 12-11-2015

Qələmə qüvvətOù les histoires vivent. Découvrez maintenant