Realmı, təxəyyülmü?

184 25 8
                                    

Qələm, yazı hisslərimizin ən gözəl təzahürüdür, hansı ki heç bir şəkildə biz ondan imtina edə bilmirik. Bəzən isə qələm susmağa başlayır və sən öz dünyanda necəsə itirsən. Bircə-bircə yaratdığın dünyanın divarları yerlə-yeksan olur və sən nə edəcəyini bilə bilmirsən. Doğrudur, əgər ki həmin o dünya möhkəm təməllər üzərində qurulubsa, yəni; insanlardan uzaqlaşmaq istədiyindən əminsənsə, kəlmələrinə çox vurğunsansa, qələminin gücünə inamın boldursa, o dünya yıxılmamalıdır.
Amma digər bir gerçək: ya yıxılsa?
Bu zaman bizim qələmimiz itkin düşün və kağızlarımızı onun ardınca uğurlayırıq. Dünyamız itir, dünyamız silinir, dünyamız yox olur.
O ki yenidən yazmaq istəyi sənə üstün gəlir, bu zaman əvvəlkindən daha möhtəşəm bir dünya yaradacaqsan özünə. Möhtəşəm bir dünya. Onun müdhişliyi, onun içərisindəki o yaraşıqlı kəlmələr, hər uçuşu ilə cümlələr quran quşlar, yazılardan yüksəlmiş binalar...
Məmməd Araz demişkən, dünya sənin, dünya mənim, dünya heç kimin.

Müəllif: Pəri Abbaslı
Tarix: 02-06-2016

Qələmə qüvvətWhere stories live. Discover now