Qəsr

48 5 3
                                    

Qarmaqarışıq fikirləri saçının hər telinə dolanıb gözlərindən axırdı,
Hə, bizim buralarda
Qəm adamın ətəyində dolaşırdı.
Nəbilim neçə trilyon dərd aşıb-daşırdı,
bu cavanlığımızdan.
Fikirlər sərrast və fikirlər qəddar,
gecə yuxumu aparan bu zəvvar,
Hökm edərkən yuxularına
Donuq baxışlarından
pıçıltılar eşidirəm.
İşığa dost olmuş pərvanə və ağlını qarışdıran fikirlər.
Bu, bir ağrı dolu şeirdən -
"Şairi uzun illər əvvəl ölmüşdür", - deyirlər.
O, bunu gizlətmək üçün susmalı olduğunu düşünür -
zaman da donmuş.
Üşüdür isti Bakı küləyi,
şəhər - məhrum olmuş sərhəddən.
Zamanı əridən bu istilərdə,
Saniyələri axırsa dənizlərə,
dənizlər okeanlara,
Süvari dəstələri dolu göz yaşları
müharibəyə hazırlaşırsa, gülümsəməsiylə.
Ona danışa bilmərəm qorxularımdan,
yuxularım, şeirlərim,
sevdiyim kitablarımdan,
Qəm, al apar onu bu dalğalardan.

- Pəri Abbaslı - 

26.07.2017

Qələmə qüvvətDonde viven las historias. Descúbrelo ahora