Xoşbəxtliyə sevgilərlə

206 27 5
                                    

Bir gün olur hiss edirsən ki, xoşbəxtsən. İri addımlarla sənə qaçan xoşbəxtliyi qucaqlayırsan, bağrına basırsan. Sevincin nəzdində kədər qaranlığa çəkilir, səni tərk edir və bu gediş də sənə gələn daha bir xoşbəxtlik rəmzidir.
Amma o ki olur, fərq edirsən. Bu xoşbəxtlik sənin deyil. Yox, yox, bundan uzaqlaşmalısan. Bu xoşbəxtliyin ayaq tutub qaçacağı yollar hələ uzundur. Özü də səndən çox uzaqda bir yerlərdə xoşbəxtlik gözləyənin sevincini oğurlamışmışsan sən.
Bu xoşbəxtlik sənin deyil.
Və bir gün - vaxtı çatanda, mənə qaçmaq üçün gözləyən xoşbəxtlik:
- Gəlmə.

Müəllif: Pəri Abbaslı
Tarix: 19-05-2016

Qələmə qüvvətTempat cerita menjadi hidup. Temukan sekarang