Sən də bir mən

109 13 1
                                    

Qaçıb-qaçıb dayanır, sonra yorulduğunu özünə necəsə qəbullandırırsan. Yalan danışma özünə.
Yorğun deyilsən.
Keçir, gedir.
Hər şey. Və sən yorulmursan. Bədənin zəif düşsə də, hisslərin səndən üz döndərib ayaq tutub qaçsa da, yorulmursan.
03:08.
Və sən təksən, yalqızsan. Pəncərədən gördüyün o mənzərə belə qorxudur səni. Boş məhlə, uzaqda parıldayan bir-iki işıq, nəticədə qaranlıq.
Qaranlıqdan qorxduğun mənə məlumdur.
Hələ illər əvvəl oxuduğun qorxulu hekayə səni qaranlığa düşmən eləməklə qalmayıb hər qaranlığa baxanda 1 cüt qırmızı göz görəcəyinə inandırıb, bilirəm.
Danışmağına ehtiyac yoxdur, ürəyinin dərinliklərini görürəm, hələ oralar sənə belə məlum deyilkən.
Məsələn, bilirəm ki, qaranlıq qorxun uşaqlıqdan mirasdır sənə və qaranlıqda yata bilməməyin də bundadır.
Yenə özünü aldadırsan.
İşıqsız bir yerdə yaşayırsan onsuzda!
Qəlbin qara, için qara, duyğuların qara!
Yatdığın qaranlıq otaqmı qorxudacaq səni?!
Deyirəm axı, yorğun deyilsən.
Güclərin üstünə gəlir sadəcə bu.
Bəzən qorxuların incidir səni, amma normaldır, inan.

Müəllif: Pəri Abbaslı

Tarix: 13-08-2016

Qələmə qüvvətDonde viven las historias. Descúbrelo ahora