Təzadlar

70 12 0
                                    

Məsələn deyirəm,
ovuclarında qalmış 1 tutam saçı küləyə verə bilərsən.
Hər gün - yazın ən çəhrayı günlərində
ora-bura sallanan
ağ pərdələr kimi
xışıltılı səs çıxaran,
səni ağladan
saçları
üfür getsin küləyə.
Sarı küçələr görünür gözümə,
gözümə sarı küçələr görünür,
lakin yalnız sən keçə bilərsən ordan.
Bütün qaranlığınla.
Məsələn deyirəm,
sevinsən, ən dərin yuxularınla.
Şeirlər yazılır,
bax deyirəm sənə,
şeirlər yazılır qorxularınla.
Yolları yaradan o qəddar surətlər,
onları ölçən bir yığın terminlər.
Kilometrlər var arada,
metrlər,
bəlkə, bir neçə santimetr.
Amma kimin vecinə?
Yaşıl göyüzü görürəm yuxularımda,
balıqlar uçur,
qarğalar qara deyil xəyallarımda.
Gizlənən bir uşaq var nifrətin arxasında,
uzaq sahil deyirik ora
sanki getmiş kimi.
Gedə bilmirik.
Getməyi əzbərləyib gedə bilmirik

cəsarət bizə baxıb gülür:
- "Mənə təzad olan hər şey var sizdə,
qorxaq Adəm
və saf Həvva,
onların uşaqları olan nəfs qurbanı siz-
insanlar!"
Bənövşəyi rəngdə buludlarda yuva qurduqsa,
düşünmürəm ölüm bizə rəvadır.
Hə, bəlkə, bir maşın vursa,
onda bilginən, ürəyim tən qaradır.
Təzad kimi yaşayıb gedirik,
ən mənasız sifətlərik,
ən pis nitq hissələri.
Təzadlar canımıza hopub,
burdan qaçaq
torpağımızdan qopub.

Pəri Abbaslı
23.04.2017

Qələmə qüvvətOnde histórias criam vida. Descubra agora