Necə

354 39 2
                                    

Yazı insanıyam mən. Kəlimələrim yazarkən danışar. Danışmaq da düşmür heç mənə. Heç düşməyəcək bəlkə də.
Səsim necə çatdırsın içimdəki buruqluqları? Gülüşləri saxta insanlara satıldım mən, uşaqlıqdan da susmaq öyrədildi mənə. Heç də icazə verilmədi bu günə qədər danışmağım. Hər danışanda ayrı bir günaha girirəm mən. Necə danışım?
Necə deyim sizə axı, baxın, mənim canımı aldılar məndən, baxın, mən də sevdim. Yox, məhəbbəti demirəm. Ailəmi sevdim mən, dostlarımı sevdim, təbiəti sevdim, havanı sevdim, səmanı sevdim.
Çox sevdim. Çox şeyi sevdim.
Hamısı da xəbərsiz. Sevgi necə anladılar , başa salınar bilmirəm mən. Danışarkən mənasızlığım da bundandır, inanın.
İçimdəkilərdən, beynimdəkilərdən deyil danışanda dediyim o boş kəlimələr. Çoxluqdandır. İçimdəki çoxluqlar.
Necə danışım mən? Necə?! Çoxluğun içində batıram mən, İlahi! Necə danışım?

Müəllif: Pəri Abbaslı
Tarix: 10-02-2016

Qələmə qüvvətTempat cerita menjadi hidup. Temukan sekarang