Düz olan?

478 53 29
                                    

Baxırsan, qabaqdan bir insan sürüsü gəlir üzərinə. İtirsən aralarında. Gözə görünməz olursan. Sənə dəyərək keçirlər. Fikir vermirlər.
Onların dəydiyi hər yerin ağrıyır, amma. İncidir yaraların səni.
Onlara nə?
Yara sənin və ağrı da sənin.
Düşsən qaldıracaqlarmı, sanki?
Ağlasan siləcəklərmi göz yaşlarını?
Tək bir sözündən anlayıb qucaqlarını açacaqlarmı sənə?
Oh, yox.
Əlbəttə, yox.
İnsanlıqdan danışmalı idin? Elə bir şey yoxdur, dost.
O, sənin xəyal dünyandan bir parçadır. Hansı ki bu dəqiqə çox insanın xəyallarında yaşayır.
Onları həyata tutunduran, inamlarının qaynağı. Bir səbəb.
Doğrusu?
Düz olanı?
Yoxdur, görünür. Deyəsən, heç olmayıb da.

Müəllif: Pəri Abbaslı
Tarix: 13-10-2015

Qələmə qüvvətWhere stories live. Discover now