Görünsə

76 9 8
                                    

Nifrət etməklə düşmənlik eynidirsə,
Partlayan bombaların bir səbəbi olmalıdır,
Hansı ki onlar elə hey ən yeni repertuarlarından mahnılar səsləndirirlər bütün ictimai yerlərdə.
Etik normaları pozurlar vəhşicəsinə,
günahlandıran heç yox.
Dünyanın da xətaları heç döyülmür,
bombalanmış şəhərlər isti görünmür.
Əlində oyuncağıyla dünyaya göz yuman uşaq
nə xoşbəxtdir!
Oyuncağını son anacan qardaşına vermədi,
Uşaqlıq xatirəsindən heç əl çəkmədi.
Aprelin əvvəli, avqustun sonları
Depresif bir nəğmə rəqs edər qulaqlarda.
Dəfn mərasimini xatırladar bütün günlər,
və sən susanda
Lazımi qədər sözlər axmaz gözlərindən.
Sonra günlər gedər, gələr,
gedər
və yenə gələr.
Getdiyimiz yerlərdə yolların işıqları görünmür,
bu dünyanın döngəsinə fələyin çarxı da dönülmür.
Pəncərədən aşağı tullanan
yeniyetmə təmizliyi,
gözlərinin altı gömgöy olan
uşağın ürəyində əsən ayazlar.
Bağışla, bağışla!
Xəyal hədsizliyi etmiş yenə,
sən bağışla, ey yaradan!
Çəkdir ona bunun qarşılığını əzabla.
İldırımlarının həzin səsi heç də hamıya eşidilmirmiş.
4 yaşlı körpə qorxurmuş göy gurultusundan,
qaranlıq,
altı divarlı boş otaq,
qışqırıq səsləri.
Bağışla, həqiqətən.
Uşaqdı o hələ
xəyaldan, sümükdən,
ətdən.
Şüşələrin çirkləri yuyulmayıb,
şəhər təmiz görünmür.
Min bir bahalı təmizləyiciylə belə
bu şəhərin abrı heç örtülmür!
Taleyin gəldi-gedəri,
soyuq yay günləri,
isti qışlar,
ağlayan yer,
buz kimi Günəş şüaları,
adamı əridən qarlar.
Uzaqdır,
uzaq!
Eynilik hopub bu şəhərə,
çıxın gedin.
Çünki daxmalarda yaşayanlar öləndə məzarlarına
baş daşları qoyulmur.
Elə, deyəsən,
bu şəhərin sirli yanı heç kəsdən
soruşulmur.

-Pəri Abbaslı-
10.04.2017

Qələmə qüvvətDonde viven las historias. Descúbrelo ahora