_SƏHNƏ_

21 6 2
                                    

   Sərgidən çıxdıqları andan Muradgili izləyən Tural üçün nəhayət gözlədiyi an gəlib çatmışdı. Bütün ailə bir arada, tam qarşısında idi.
    Tural Ayşənin onların arasında olduğunu görəndə bir an məyus oldu. Amma bu məyusluq çox çəkmədi. Çünki Ayşən bu sonu özü seçmişdi. Onun xəbərdarlığına baxmayaraq, Ayşən bu ailənin yanında olmağı seçmişdi. Deməli, bugün başına gələcəklərdən özü cavabdeh idi.
   Rəşidi yola salan Əmiraslanovların vida mərasimi Turalda ikrah doğururdu. Onun üçün Almaz xanımın gözyaşları saxta, Nəsrinlə Rəşidin arasında keçən hər şey isə gülünc bir tamaşadan ibarət idi.
     Ələkbərin belə tez gedişi Turalı narahat etmişdi. Hələ gizli qəhrəman səhnə almamış ən  dəyərli tamaşaçı tamaşanı tərk etmişdi. Amma təəssüflənməyə dəyməzdi. Ailəsinin fəryadı Ələkbəri tezliklə geri döndərəcəkdi.
  Bir neçə dəqiqə əvvəl isə  Tural "İntiqam" adını verdiyi tamaşasını səhnəyə qoymuşdu.
   Tural aylardır hazırlaşdığı intiqam üçün özünə ilk qurban kimi Nəsrini seçdi. Çünki bilirdi ki, bir zənciri açmaq üçün ən zəif halqadan başlamaq lazımdır.
    Əmiraslanovlar ailəsinin təlaşlı, qorxu dolu baxışlarından duyduğu məmnunluq bütün bədəninə yayılırdı. Amma gözləmək olmazdı. Əvvəl yaralamalı, sonra isə ölümcül zərbəni vurmalı idi. Səsinin eşidilməsi üçün var gücü ilə qışqırdı:
   -Danış,Rəşid! Cavab ver,qıza! Niyə gedirsən?! Nədən,kimdən qaçırsan?! Məndən, yoxsa ailəndən?
   Rəşid qorumaq üçün önünə keçdiyi Nəsrinin onu qolundan tutub silkələməsi ilə sanki dərin bir yuxudan ayıldı. Nəsrin qorxu dolu gözlərlə Rəşidə baxırdı. Səsi də bədəni kimi titrəyirdi. Titrəyən səs ilə soruşdu:
- Bu odur? Tu-ral?!
- Arxamda qal! -dedi, buz kimi soyuq səslə. Rəşid sualına cavab vermədən Nəsrinin qolundan tutub, arxaya çəkdi.
    Bu mənzərəni görən Tural isə ucadan qəhqəhə çəkib deyinməyə başladı.
-Niyə gizlədirsən onu?! O yazıq onsuz da hər şeyi eşidəcək. Ailəsinin bütün xainliklərini öyrənəcək bugün. Bugün Əmiraslanovlar üçün etiraf günüdü... Yerində qal! -dedi, ona tərəf bir-iki addım atan Murada. Arxasında gizlətdiyi silahı çəkib Muradı nişan aldı.
-Yox, Murad! Bugün olmaz! Bugünlük qəhrəmanlıq cəhdlərini özünə saxla...!
  - Nə istəyirsən ailəmdən? Qoy, onlar içəri girsin. Sənin dərdin mənlədi...Onların günahı yoxdu.
- Nə qəşəng danışırsan belə... Bəs mənim bacımın günahı nə idi?! Sənin ailən nə istədi mənim ailəmdən?! Əclaflar!!! Ailəmi dağıtdınız!
   Murad Rəşidin arxasında gizlənən bacısına,   gözyaşları içində dizinə döyən anasına və onun yanında qorxudan tir-titrəyən Ayşənə baxdı. Ailəsini, sevdiklərini qoruya bilməmək qorxusu onu əsir almışdı.
    Ayşən ömründə ilk dəfə silah görürdü. Çox qorxurdu. Bədəninin titrəməsinə mane ola bilmirdi. Yerindən tərpənə, hətta Almaz xanımın yanına, yerə də çökə bilmirdi. Turalın dedikləri qulağında çınlayırdı. Eşidirdi, amma anlamırdı.
   Necə ola bilərdi ki, iki gəncin sevgisi  birinin ölümünə səbəb olsun?! Sevgi necə silaha çevrilib, bir gəncin ölümlə hədələdiyi bir ailənin faciəsinə səbəb ola bilərdi?! Ayşən anlamırdı. Axı, sevgi necə ölümü gətirə bilərdi?! Axı sevgi məsumiyyətin rəmzi idi...
    Ayşən yanılırdı. Çünki, Leylanın eşqi onu sevgisi kimi saf deyildi... Leylanın eşqi həm özünü, həm də ondan geriyə qalan hər şeyi bitirəcək gücdə idi... O eşq ki, Leyla onun uğruna canından keçmişdi.
   Leyla ölmüşdü. Bu sonu özü seçmişdi. Bu pisliklərlə dolu dünyadan qəlbindəki eşqlə köçüb getməyi seçmişdi. Ölümü ilə hər şeyin bitəcəyini düşünmüşdü. Amma gənc ağlı anlamamışdı. Yaşamağa gücü olmadığı bu eşqə ölümlə son yaza bilməzdi... Həyatın qarşısında aciz qaldığı eşqə ölüm necə son qoya bilərdi?!

... Bənzərsiz Dilək ...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin