_HƏSRƏT_

116 15 4
                                    

-Bu barədə mənə nə zaman danışmağı düşünürdün,Murad? -Rəşid Muradın Turalla qarşılaşması haqqında ona heç nə deməməsindən incimişdi.
-Vaxt oldu ki?!Evə qayıdanda danışacaqdım. Indi nə deyirsən,atamın dediyilə razılaşaq?
-Məncə,əmimin təlaşı yersizdi. Tural sənə zərər yetirməyə cəsarət edə bilməz.
- Bu səhər onun gözlərində nifrəti gördüm.Nifrət və qisas-hər ikisi bir cinayət üçün yetərli motivlərdir.
- Hey,hüquqşünas mən bu terminologiyaya hakim deyiləm.Amma əgər belədirsə,gərək, Ayşənə bunları danışıb,onun da rəyini öyrənəsən. Onun da həyatı təhlükədə ola bilər.

"AYŞƏN "
Murad iki gün idi ki,Ayşənlə danışmamışdı. Iki gün idi ki,sevdiyinin səsini eşitməmişdi. Ayşənlə sevgili olduqları gündən bəri ilk dəfə ondan bu qədər xəbərsiz qalmışdı. Rəşiddən Ayşənin adını eşitmək Muradı alt-üst etməyə kifayət etmişdi.

Rəşid Muradın üz ifadəsindəki ani dəyişiklikdən məsələnin nə yerdə olduğunu dərhal anladı.
-Sən hələ Ayşənlə danışmamısan?!
-Bugün ordan qayıdanda danışacaqdım,sonrasını bilirsən.
-Murad,gecikmədən, elə indicə zəng edib qızın könlünü alırsan. Tələs,dostum! - Rəşid əlini Muradın çiynindən götürüb Nəsrinlə danışmaq üçün uzaqlaşdı.

Ayşən otaqda var-gəl edir,olanları düşünürdü. Bir həftədə nələr yaşadığını xatırladıqca gözləri dolur,qəhərlənirdi. Bu qədər uzun müddət ayrı qaldıqları heç olmamışdı. Iki gün... kimiləri üçün çox da uzun müddət hesab olunmaya bilər. Amma Muradsız hər saat onun üçün darıxan Ayşən üçün bu iki gün bir ömrə bərabər idi. Ayşən iki gün ərzində nəfəs almağı unutmuşdu. Bəs Murad?! Heç mi xatırlamırdı Ayşəni?! Heç mi darıxmırdı onun üçün?! Qorxutmurdumu onu Ayşənsizlik?! Ayşən bu suallarla susuz qalmış gül kimi hər ötən saniyə daha da solur,haldan düşürdü.Gözündəki həyat sevinci sönmüş,çöhrəsini bəzəyən o şirin gülüşündən isə əsər qalmamışdı.

Murad da Ayşənsiz yaşamağa qadir deyildi. Onu öz canından belə çox sevirdi. Onu incitdiyi üçün özünü bağışlaya bilmirdi. Ayşəndən necə əfv diləyəcəyini bilmirdi. Böyük günah işləmişdi Murad. Birinin qəlbini qırmaq böyük günahkən,o sevdiyinin qəlbini qırmış,onu incitmişdi. Onun cəzasını çəkməyə razı idi. Amma bu cəza onsuzluq olmamalı idi. Ayşənsiz yaşaya bilməzdi Murad.
Saatlarla düşündü nə etməli idi ki,Ayşən onu bağışlasın. Bütün olanları ona danışmalı idi. Amma necə edəcəkdi? Leylanın ölümünü,Turalın dediklərini... Ayşəni qorumağa gücü yetəcək idi?!

Bütün bu düşüncələrin içində ağır basan tək bir duyğu var idi....
Canlı-canlı odda yanmağa,dərin sularda nəfəssiz qalmağa, ölümə bərabər olan-həsrət. Uğruna dastanlar qoşulan,mahnılar həsr olunan həsrət... Qeysi Məcnun edən həsrət.... İnsanın ən çətinə düşdüyü andır,birisi üçün dəlicə darıxdığı an... Heç nə,heç kəs yetməz o alovu söndürməyə...

Murad da Ayşəninin həsrətinə artıq dözə bilməyib,ona zəng etdi... Ayşənin cavab verib-verməyəcəyini düşünmədən...

... Bənzərsiz Dilək ...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin