_ Seçim _

158 30 13
                                    

Ayşən çox çətin bir seçim etməli idi. Bir müddət səssizcə düşündü. Nə qərar verəcəyini bilmirdi....

-Nə danışırlar axı bu qədər ,- Nazlı Ayşənlə Muradın bir saat nə danışdıqlarını bilmək istəyirdi.
-Çayın soyuyur. Məncə gözlərini onların üstündən çəkib çayını içsən,sənin üçün daha yaxşı olar. ,-Rəşid Nazlıyla belə sakitcə oturub Muradgili izləməkdən narahat idi..
-Nə?! Çay vacib deyil.
-Sözsüz çaydan daha vacib məsələlər vardır. Məsələn,insanların həyatına qarışmaq daha vacib olmalıdır, gərək ki...
-Sən mənə istehza edirsən? Sənə bu haqqı kim verir? Sən də dostun kimisən. Həddinizi bilmirsiniz!Hamıdan yüksəkdə görürsünüz özünüzü...!
-Hey,sənə də bizi təhqir etmək haqqını heç kim verməyib.

Ayşənin belə susqunluğundan narahat olan Murad daha çox gözləyə bilməyib soruşdu:
-Ayşən yaxşısanmı? Elə bu dəqiqə cavab vermək məcburiyyətində deyilsən. Istədiyin qədər düşünə bilərsən,mən gözləyərəm...
-Yaxşıyam... Yaxşıyam... Sadəcə bu seçim çox çətindi...
-Başa düşürəm,başa düşürəm.. Istədiyin qədər düşünə bilərsən.Bir həftə sonra təkrar görüşərik.
-Getməliyəm,çox gecdi.
-Yaxşı. Çox sağ ol ... Məni dinlədiyin üçün yəni...

Nazlı Ayşənin qalxdığını görən kimi çıxışa tərəf yollandı.
-Sən də sağ ol ,- Rəşid Nazlının ona quru sağ ol deməməsinə acıqlanmışdı.

Nazlı yol boyunca Ayşəni sorğu-suala tutmuşdu. Aysən Muradın dediklərini olduğu kimi Nazlıya danışmışdı.
-Indi neyniyəsən?
-Bilmirəm,Nazlı... Düşünməliyəm. Bir seçim etməliyəm. Bəlkə də qalan həyatımı dəyişəcək bir seçim olacaq bu....
-Yaxşı düşün,Ayşən. Dediklərinə görə Murada bir şans vermək olar. Amma yenə də sən ən yaxşısını bilərsən.

Evə dönüşdə bu dəfə maşını Rəşid idarə edirdi.
-Hə,danışmayasan? Nə oldu? Oyunum işə yaradı barı ? Muraddd???
-Hə eşidirəm.
-Ondan çox əmin deyiləm. Nə oldu?
-Heç... danışdım,hər şeyi....Qorxularımı...
-Hə,bəs o nə dedi?
-Heç nə. Düşünəcəyini dedi.
-Qərarın sənin əleyhinə olacağını düşünmürəm. Rahat ol.

Ayşən evə gələndən sonra isti duş qəbul eləyib yerinə uzandı. Ayşən bu dəfə otağında həmişəkindən ağır düşüncələrlə tək qalmışdı.

Bir qərar verməli olduğunu bilirdi. Amma necə verəcəyini bilmirdi...
Gördüyu gündən etibarən ağlından çıxmayan,daima zehnini məşğul edən Muradımı seçsin yoxsa dəfələrlə savaş verdiyi iradəsinimi?
Birdən Muradla xoşbəxt olmasa,bəs onda?
Çox incinsə... Qəlbi qırılsa... Peşman olsa... bir daha özünə gələ bilməsə... Ya valideynləri? Onları incidicək,utandıracaq bir şey etsə...

Bəs ya Muradla xoşbəxt ola bilmə ehtimalı varsa? Bu ehtimalı öz əlləriylə məhv edə bilərdi. Sonra həyatı boyunca bunun peşmanlığını yaşamağı gözə almaq nə dərəcədə düzgün idi?!

Bəlkə də,Murad o idi... Əsl sevgi adlanan şey artıq Ayşənin qarşısına çıxmışdı bəlkə? Ola bilərdimi,görəsən?!
Həqiqətən,Murad Ayşənin çoxdandır gözlədiyi o adam ola bilərdimi?!

Seçim etmək həmişə insanlar üçün çətindir.Bunun ən dözülməzi forması isə ağılla ürək arasında ediləcək seçimdir! Hər bir seçim dözülməzlik dərəcəsindən asılı olmyaraq,bir qərarla nəticələnməyə məcburdur.

Ayşən bir insan üçün ən dözülməz seçimlə qarşı-qarşıya idi. Bu seçim Ayşəni bütün keçmişini,gələcəyini,inandığı hər şeyi sorğulamağa vadar etmişdi.

Və sonda ...

Ayşən də bir həftə sonra nəhayət bir qərara gələ bilmişdi.

... Bənzərsiz Dilək ...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin