"Yaşarmı susuz hər hansı çiçək?!
Mən də bir çiçəyəm mənə sən gərək! "FIDAN RZA
-Yox,yox... Elə deyil. Mənim sənsiz yaşaya biləcəyimi necə düşündün?! Bu mümkündü məgər?! Bax,Ayşən bəlkə də bir-birimizi yeni tanıyırıq. Amma mən bu qısa müddətdə sənə çox bağlandım. Bu münasibətin dostluq olmadığını ikimiz də bilirik,məncə...Mən artıq bunun adını qoymaq istəyirəm. Mənim üçün bunu deyəcək cəsarəti tapmaq çox çətin oldu....Amma artıq hazıram! Ayşən,bundan sonra "YARIM" ol istəyirəm...! Sən mənim çoxdandır axtardığımsan.... Sən mənim digər yarımsan... Məndə yarım olanı tamamlayarsanmı???
Ayşən eşitdiyi etirafın qarşısında ani bir şok keçirirdi. Ətrafdaķı hər şey sanki fırlanırdı. Gözlərinin tez-tez qırpırdı. Muradın dediklərini olduğu kimi qəbul etməyə çalışırdı...Ürəyi isə uçmağı yenicə öyrənmiş bir quş kimi çırpınırdı.
Murad Ayşənin rənginin solduğunu,nə isə deməyə çalışsa da,sanki səsinin çıxmadığını görüb qorxmuşdu.
- Ayşən,Ayşəə..n ! Yaxşısan? Bir şey de. Qorxudursan məni. Su iç -Murad su stəkanını Ayşənə uzatdı.
-Bax,Ayşən. Belə etmə. Bir daha məni görmək istəməsən bunu başa düşərəm. Sənin mənə olan etimadını itirməyi gözə alaraq bunu etdim. Amma daha gözləyə bilmədim. Dost qalmaq istəsən də,istəməsən də başa düşərəm.. Sən narahat olma təki....
-Istəmirəm! -Ayşən nəhayət danışdı.
-Nə? Yaxşı. Bunu gözlüyürdüm...
-Murad,dost qalmaq istəmirəm, çünki sənin digər yarın olmağa razıyam. Mən sənsiz bir gələcək xəyal edə bilmirəm. Bütün xəyallarımda ancaq sən varsan... Allaha etdiyim dualarımdasan... Gələcəyim üçün arzuladığımsan.... Sən əsl fatehsən ! Hə, eləsən. Çünki yer üzünün ən böyük fatehləri qəlbləri fəth edənlərdir . Sən mənim qəlbimi fəth etdin. Həm də bunu çox qısa müddətdə etdin.Ayşən Muradın təklifini qəbul etmişdi. Muradın hisləri qarşılıqsız deyildi. Murad özünü Ayşəndən gələ biləcək mənfi cavaba o qədər hazırlamışdı ki,Ayşənin dediklərini dərk etməkdə çətinlik çəkirdi.
-Bir dəqiqə!Bir dəqiqə! Ciddisən də sən? Mən də yaşayıram?! Ayşən,Ayşən bu ...bu.... inanılmazdır. Başa düşürsən,inanılmaz... Allahım,sənə şükürlər olsun !!!
Ayşən Muradın həyəcanını yatışdırmaq üçün onun əlindən tutdu:
-Murad... Yaxşı,yaxşı. Bir az səssiz ol.Hamı bizə baxır.
-Yaxşı... Ayşənim... Amma onu bil ki,çox xoşbəxtəm...
-Mən də Muradım...
Murad Ayşənin əlini daha bərk tutdu,öz barmaqlarını onun barmaqlarının arasına keçirdi. Yavaşca Ayşənə doğru əyildi. Ancaq Ayşənin eşidə biləcəyi tərzdə pıçıldadı:" SƏNİ SEVİRƏM! "
Yeni ilə sevildiyini bilərək başlamaq Muradı çox rahatlatmışdı. Murad indi artıq gecələr başını yastığa qoyanda Ayşənin onu sevib-sevmədiyi haqda düşünməyəcəkdi. Çünki artıq bunun cavabını Ayşən özü Murada vermişdi.
O gün-köhnə ilin son günü iki yarım qəlb birləşmişdi... Muradla Ayşən tam olmuşdular.