Aylar,həftələr bir-birinin ardınca ötüb keçirdi. Muradla Ayşən axırıncı dəfə dörd həftə əvvəl görüşmüşdü. O məktubun gəldiyi gün... O gündən bəri hamı Turalın növbəti həmləsini gözləyirdi. Beləcə günlər həftələrə,həftələr aya qarışır,lakin Turaldan heç bir yeni xəbər gəlmirdi.
Əgər, Ayşən yaşadıqlarını bütün incəliklərinə qədər xatırlamasaydı,keçirdiyi yuxusuz,dəhşət dolu gecələr olmasaydı,Muradın həsrəti qəlbini dağlamasaydı bunların hamısını qarabasma adlandırardı. Bu səssizlik bəzən onu rahatladırdı. Bəlkə,Tural Muradın heç bir günahı olmadığını anlamış,onlardan əl çəkmişdi. Bəzən də içini qorxu sarırdı. Ya Tural gizli bir plan hazırlayırdısa... Ayşən Muradı görmədən bir ay bu düşüncələrlə yaşamışdı.Əmiraslanovlar ailəsində də vəziyyət heç fərqli deyildi. Evə ölümü xatırladan bir səssizlik hakim kəsilmişdi. Turalın bu hərəkətsizliyi onların da əlini-qolunu bağlamışdı. Sonu müəmmalı bu gözləyiş Muradı dəli edirdi. Axırda dözə bilmədi. Atası ilə danışmaq üçün otağına getdi.
-Murad? -Ələkbər bir müddətdir qarşısında olan,lakin oxumadığı kitabı örtdü.
-Ata! Daha dözə bilmirəm. Ağlımı itirəcəm.
Ələkbər sərt amma sakit tonla kreslonu göstərib dedi:
-Əyləş. Nə baş verib yenə?
Atasının bu sualı Muradın səbr bardağını dolduran son damla oldu.
-Necə nə baş verir?! Biz bir aydır yaşamırıq ata! Bütün həyatımız asqıdadı sanki...Gözləməkdən bezdim daha.
-Başqa çarəmiz yoxdu. Gözləməliyik. Tural bir şey etmə...
Murad ilk dəfə atasının sözünü kəsdi:
- Tural? Bəlkə ,Tural ömrünün sonuna kimi heç nə etməyəcək?! Bəlkə,bizimlə belə oynuyur! Həyatımızı idarə etmək onun xoşuna gəlir! Heç cür anlaya bilmirəm! Necə olur Ələkbər Əmiraslanov bir uşağın qarşısında aciz qalıb axı?!
-Çıx,çölə.Özündə deyilsən,sən! -Ələkbər Muradın üzünə baxmadan barmağı ilə qapını göstərdi.
Bir az əvvəl dedikləri sanki daş olub Muradın başına tökülürdü. Daş qalağının altında əzilirdi. Özünü qoruyurmuş kimi əllərini başına aparıb kresloya çökdü.
Bir neçə saniyə sonra düşündüyü son çarəni dilləndirdi.
-Gedək,-dedi,- başqa yerə. Köçək.
Muradın yalvarıcı,çarəsiz səsi Ələkbərin içini yandırdı. Bəyaqdan tərpənmədən oturduğu yerdən qalxdı.Əlini oğlunun çiyninə qoyub dedi:
-Getmək... Eh,oğlum! Tərk edib getmək asan olsaydı,heç kim yaşadığı yerdə ölməzdi.Tural isə zənn edilən kimi dəhşətli planlar qurmurdu. Onun buna heç ehtiyacı da yox idi. Çünki o istədiyini çoxdan əldə etmişdi. Onu maraqlandıran Muradın,dolayısı ilə Əmiraslanovlar ailəsinin xoşbəxtliyi idi. Halhazırda o ailənin qorxudan yuxu belə yata bilmədiyindən əmin idi. Elə ona da bu lazım idi. Onun dünyalar gözəli bacısı qara torpaqda çürüyərkən Murad sevgilisi ilə gönül əyləndirə bilməzdi.
Tural Ələkbərin hər yerdə onu axtardığını bilirdi. İndi Əmiraslanovlar malikanəsinin ətrafında görünmək axmaqlıq olardı. Ona görə də artıq daha diqqətli hərəkət edirdi. Ələkbər öz ailəsinin hayına düşmüş,Ayşəni unutmuşdu. Bu Tural üçün itirilməz fürsət idi. Əlbəttə,Ayşəni izləmək daha asan idi.Həm də Ayşəni izləyərək Muradla görüşmədiyindən də əmin ola bilirdi. Turala isə hələlik bunu bilmək kifayət edirdi. Onun tək amalı özünü Əmiraslanovlara unutdurmaq idi. Hiss etdikləri qorxu isə daimi qalmalı idi.