Yarım saat idi ki,Muradla Rəşid Ayşənin dərsdən çıxmasını gözləyirdilər.
-Başa düşdün? Neyniyəsən,Murad?
- Hə də,bildim. Kafede gözləyəcəm.
-Yaxşı.
- Çıxdı. Çıxdı...
-Hansı??
-Bax orda qızlarla sağollaşır.
-Hə,gördüm.Yaxşı sən kafeye get.Rəşid tələsik maşından düşdü. Ayşənlə Nazlı üniversitetin həyətindən xeyli uzaqlaşandan sonra onlara yaxınlaşdı:
-Bağışlayın. Mən Rəşid. Köməyə ehtiyacım var. Mənə kömək edə bilərsiniz?
-Nə kömək?? -Ayşən qarşısında təlaşla titriyən bu adama nə kimi köməklik gösdərə biləcəyini anlamamışdı.
-Siz tibb tələbəsiniz,elə deyilmi? Mənim dostumun halı birdən-birə pisləşdi. Təcili yardım gələnə kimi ona köməklik gösdərə bilərsiniz yəqin.
-Axı biz hələ birinci kurs tələbəsiyik...
-Xahiş edirəm. Gəlin bu tərəfdən ,- Rəşid Ayşənin bu cavabını eşitməməzlikdən gəlmişdi.Kafeye doğru iti addımlarla gedərkən Nazlı:
-Hara gedirik,nə bilirik ki biz? Necə kömək edəcik?!
-Bilmirəm....Kafeye çatdıqda Muradı qapıda görən Ayşən birdən dayandı. Başından aşağı sanki qaynar su töküldü. Amma bunun bir oyun olduğunu,bir oyuna gəldiyini düşünmək istəmirdi.
-Hardadı,dostunuz?
-Burda. Murad qalanı sənlikdi. ,-Rəşid Murada göz vurub gülümsədi.-Bir dəqiqə,bir dəqiqə! Bu nə deməkdi? ,- Nazlı yaşadığı hadisənin təsiri ilə soruşdu.
-Bu o deməkdir ki,xanım biz gedirik,onlar təklikdə danışır ,-Rəşid Nazlıya hələ indi diqqət edirdi.Nazlı Rəşidə cavab vermədən Ayşənin qolundan tutub:
-Ayşən!! Gedirik də yəqin ki..!
-Hə,hə.. Əlbəttə gedirik. Siz,Rəşid idi,hə? Sizə də ayıb olsun!Bu müddət ərzində tək bir kəlimə belə söyləməyən Murad Ayşənin getmək istəyini görəndə:
-Ayşən.... Xahiş edirəm.. Bir dəfə.. bir dəfə danışaq. Son dəfə olar istəsən,söz verirəm son olar...Ayşən Murad danışdıqca əllərini bir-birinə sıxır. Sanki bununla iradəsinə qalib gəlməyə çalışırdı. Amma Muradın səs tonu elə yalvarıcı səslənirdi ki, Ayşən dözə bilmədi.
-Yaxşı,amma yarım saatdan artıq dinləmərəm səni. Nazlı da burda olacaq...
-Yaxşı,yaxşı. Nazlı da qalsın. Rəşid sən də qal. Çox təşəkkür edirəm,Ayşən. Çoooo....x....İçəri keçib əyləşdilər. Rəşidlə Nazlı isə iki stol aralıda oturdu. Nazlı Ayşəndən uzağa getmək istəmirdi.
-Siz həmişə beləsiz? -Rəşid Nazlının bu hərəkətlərini lazımsız hesab edirdi.
-Necə?
-Mühafizəçi kimisiz elə bil?! Ayşən məncə özünü tək idarə edə biləcək,qoruya biləcək bir qızdı.
-Sizinlə danışmaq istəmirəm! Susaraq gözləsək daha yaxşı olar.-Buyur,eşidirəm. -Ayşən bu söhbətin tezliklə bitməsini istəyirdi.
-Əvvəla,qurduğumuz bu oyun üçün səndən üzr istəyirəm. Amma başqa çarəm yox idi.
- Bilirsiniz.. Bu sadəcə gülüncdür...
-Ola bilər. O gün kitabxanaya gəlmədiyim üçün də üzr istəyirəm.
Mən həyatımda bəzi çətinliklər yaşamışam.
-Hamının həyatında çətinliklər olub
-Mütləq ! Mütləq elədir. Amma mənim birilərinə bağlanmaq qorxum var. Daha doğrusu,bağlandığım birini itirmək qorxum... O gün gəlməmə səbəbim də bu qorxu idi. Gəlib-gəlməməyi çox düşündüm. Sonra da gəlmədiyim üçün çox peşman oldum. Bir aydır,hər gün kitabxanaya gedib səni gözləyirdim. Sonda isə tibbdə oxuduğun ağlıma gəldi və səni nəhayət ki burda tapdım... Səndən istədiyim arada bir görüşə bilməkdi.. Səninlə dost kimi olsa da, danışmaq istəyirəm.Çünki sən indiyə kimi tanıdığım hər kəsdən fərqlisən...Ayşənin gözləri dolmuş,əlləri əsirdi. Ağlı Muradın dediklərini qəbul etmək istəmirdi... Qəlbi isə Murada artıq inanmışdı belə.. Gözlərini yumdu. Bir qərara gəlməli idi .... Murada bir cavab verməli idi...
Ayşən ağlıyla qərar versə Muradı itirəcəkdi,ürəyilə qərar versə öz iradəsini....