_SİRR_

24 5 2
                                    

Çarəsizliyin əsir aldığı gənc qız pillələri bir-bir qalxarkən qarşısındakı heybətli adama baxırdı. Qız ayaqlarının əsdiyini, yumruq halına gətirdiyi əllərinin tərlədiyini hiss edirdi. Bədəni qəlbindəki yükün ağırlığına tab gətirə bilməyib çökmüşdü. Bir tərəfi geri qayıtmaq, heç kimə bir kəlmə demədən evinə gedib çarpayısına sığınmaq istəyirdi. Amma digər tərəfi aylardır onu nəfəssiz qoyan bu dərddən qurtulmaq istəyi ilə alışıb yanırdı.
Yox! Burdan geriyə dönüş yox idi. Günah adlandırdığı hislərini anladacaq cəsarəti özündə ancaq toplamışdı. Alacağı cavabı təxmin edirdi. Amma içindəki son ümidin də bitməsi üçün sərt bir cavaba ehtiyacı vardı. Çünki bəzən gerçəklər üzümüzə bir sillə kimi vurulmadıqca onları qəbul etmək istəmərik.
Onun cəhənnəminə çevriləcək otaqdan gələn tanış səs onu səsləyirdi.
- Gəl qızım, çəkinmə. Keç, əyləş.
Ələkbərin güclü, amma şəfqət dolu səsi Leylanın köz olmuş ürəyinə su kimi səpilmişdi.
Bir söz demədən ona göstərilən kresloya keçib oturdu.
Həmsöhbətinin gərgin, narahat görünüşünün əksinə Ələkbər həmişəki kimi sakit idi. Oğlunun könül dostunun onunla nə danışmaq istədiyini bilmirdi. Leyla ona yaxınlaşıb danışmaq istədiyini deyəndə bir anlıq təəccüblənmişdi. Amma təəccübünü ustalıqla gizlədib qızın təklifini qəbul etmişdi.
-Buyur, eşidirəm... ,-dedi. Ələkbər qaya kimi sərt görüntüsünün əksinə səsində insana güvən verən istilik, səmimiyyət hiss olunurdu.
Leyladan səs çıxmadı. Sıxdığı barmaqları qızarmışdı. Belə şey necə deyilərdi?! Başındaki uğultular daha da artmış,ağlını itirəcək həddə çatmışdı.
-Yəqin, xaricə getmək məsələsini danışmaq istəyirsən. Murada demişəm. Bu məsələdə fikrim qətidir. Mənim bir oğlum var,onu uzağa göndərə bilmərəm. -Ələkbər Leylanın utandığını düşünüb özü söhbətə başlamışdı.
Ələkbər yanılmırdı. Leyla utanırdı. Amma danışmaqdan yox, hislərindən utanırdı. İçində bir ürək dolusu günah var idi. Hər günahkar kimi o da bədəl ödəməli idi. Bunu bilirdi.
İradəsinə qoya bilmədiyi qadağanın ürəyinə qoyulacağını da bilirdi. Bundan qorxmurdu. Bura gələrkən hər şeyi gözə almışdı. Bütün riskləri... Hətta bir daha onu görə bilməməyi belə gözə almışdı.
-Qızım, eşidirsən məni? Yaxşısan?! -Leylanın qəribə halı Ələkbəri narahat etmişdi.
-Eşidirəm..,-dedi Leyla. Səsi zorla eşidilirdi.
-Hə, bala. Dediyim kimi. Burda harda istəsəniz, oxuyun. Amma onun xaricə getməyinə razılığım yoxdu.
Ələkbərin sözləri Leylanın halını daha da pisləşdirirdi. Nəfəs ala bilmirdi. Saf ağrı bütün bədənini əsir almışdı. Leylanı canlı-canlı yandırsaydılar bu qədər acı çəkməzdi. Ruhu saf ağrı ilə alışıb yanan insan üçün cismani acı mükafata bərabərdir. Ruhundakı ağrı yaşa çevrilib gözlərindən axmağa başlayanda artıq zaman və məkan anlayışını unutmuşdu.
Ələkbər Leylanın dediklərindən məyus olduğunu, incidiyini düşünüb narahat oldu. Onun könlünü almaq üçün dilləndi:
- Qızım, incimə məndən. Sənin də valideynlərin var. Onlar məni başa düşər. Ağlama, bala. Dünyanın axırı deyil ki. Allah insana daha ağır dərd verməsin. İradəli insanın qarşısında dağ belə dayana bilməz. İstəyən insan üçün oxumağın sərhədi olmaz.
-Bəs sevməyin? Sevginin sərhədi olar?! -Leyla otağa girdiyi andan bəri ilk dəfə danışmışdı. Yaşlı gözlərlə həmsöhbətinə ünvanladığı bu sual Ələkbər kimi onu da təəccübləndirmişdi.
"Sevməyə sərhəd?! Sevginin sərhədi olar?!" Ələkbər heç gözləmədiyi anda verilən sualla sarsılmışkən ardından gələn etiraf onun üçün çöküşün başlanğıcı olmuşdu.
Leylanı acizləşdirən, onu nəfəssiz qoyan zəhər kimi acı həqiqət bir ilana çevrilib Ələkbəri yaxalamışdı.
-Mən...,-dedi. Səsi titrəyir,hərflər qığılcım olub boğazını yandırırdı. Və aylar çəkən əziyyətin sonunda Leyla içindəki zəhəri tökməyi bacarmışdı.
"Mən Rəşidi sevirəm!"

... Bənzərsiz Dilək ...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin