_HƏYƏCAN_

32 8 2
                                    

Ələkbərin son qərarları,xüsusilə də sərgi ilə bağlı qərarı ailədə canlanmaya səbəb olmuşdu. Hər kəsi yeni bir həyəcan bürümüşdü. Hər kəs bu yeni şansım fərqində idi.Bu Əmiraslanovların əvvəlki vəziyyətinə qayıtması üçün əvəzsiz bir fürsət idi.
Rəşid bu qaçaq oyunun bitməsinə hamıdan çox sevinirdi. Həm ailəsi əvvəlki xoşbəxt günlərinə geri qayıdacaqdı,həm də Nəsrinin nəhayət üzü güləcəkdi. Amma ürəyini rahatladan bu sevinclə bərabər həm də onu narahat edən bir şey var idi. Əmisi dünən ona çox məsuliyyətli bir iş həvalə etmişdi. Öhdəsinə verilən bu tapşırığı layiqi ilə yerinə yetirmək bir anda Rəşidin ən önəmli məqsədinə çevrilmişdi. Əmisinin rəğbətini qazanmaq bir yana,bu sərgi Nəsrin üçün də çox önəmli idi. Nəsrinin incə zövqünə uyğun bir məkan tapmaq çox çətin idi. Ona görə də Rəşid onlarla məkan arasından seçdiklərini Nəsrinə də göstərib,onun fikrini öyrənmək qərarına gəlmişdi.

-Nəsrin! O lənətə gəlmiş otaqdan çıx,görək! - Nəsrinin müxtəlif bəhanələrlə onu otağının qapısından dəfələrlə göndərməsi Rəşidi həvsələdən çıxarmışdı.
Nəhayət qapı açıldı. Qapının astanasında görünən Nəsrinin özündən razı gülüşü Rəşidi lap əsəbləşdirdi.
-Hələ gülürsən də? Hazırsan? Cəld ol,gedək.
- Mən niyə getməliyəm ki? Özün seçərsən də...
- Nəsrin ya öz xoşunla gəlirsən,ya da mən səni çiynimə alıb aparıram! -Rəşidin səbri tükənmişdi.
- Hədəyə bax! Getmirəm!
- Elə şey yoxdu! Gedirik! -deyib Nəsrini çiyninə almaq üçün ayaqlarına doğru əyildi.
Rəşidin dəliliyinə yaxşı bələd olan Nəsrin çığırdı:
-Yaxşı,yaxşı! Dayan,özüm gedərəm!
-Belə yola gələrsən,bax!

Yol boyunca bir kəlmə belə etməyən Nəsrini danışdırmaq üçün Rəşid ən yaxşı vasitə kimi Muradla Ayşəni gördü.
-Xəbərin yoxdu hə,sənin? Dünən Muradla Ayşən görüşüb.
-Doğrudan!? Şükür! Elə qorxurdum ki,onlar üçün...
-Qorxmalı heç nə yoxdu,dəli. Sevgi hər şeyin üstəsindən gələr.... -Rəşid şübhə dolu nəzərlərini Nəsrinə çevirdi. Nəsrin pəncərədən yola baxır. Sanki onu eşitmirdi. -Yəni,elə deyirlər. Sən nə düşünürsən?
- Bəlkə də...,-dedi Nəsrin. Üzündə Rəşidin anlamadığı bir hüzn var idi.
- Dəli,sevinmirsən? Tural məsələsi... Daha doğrusu,Tural artıq məsələ olmaqdan çıxdı.
-Sevinirəm,sevinirəm. Amma qorxuram da...
-Nədən qorxursan? O səfeh bizə heç nə edə bilməz.
- Nə bilim... Bilmirəm.
Rəşid qaçırılmaz fürsət əldə etdiyini düşündü. Nəsrinlə o lənət gündən sonra heç danışmamışdılar. Ən azından özləri barədə...
-Dəli... məni bağışlamamısan,hələ?
Nəsrindən səs çıxmadı.
-Axı,bağışlanmaq üçün hər şeyi etdim. Daha nə etməliyəm,bilmirəm...
- İnsan təbiəti belədir.Əvvəl dağıdar,sonra toplamağa çalışar.
-Nə? -Nəsrin elə asta səslə danışırdı ki,Rəşid anlamamışdı.
-Deyirəm ki,əgər incitməsəydin nə isə etməyinə də ehtiyac qalmazdı. Bir də ki,sən heç məni anlamamısan. Bu uşaqca bir küslük deyil...
Rəşid Nəsrinin haqlı iradının altında əzildiyini hiss edirdi.
-Haqlısan! -tək deyə bildiyi bu oldu.

Haqli idi çünki...Bilirdi Rəşid... Nə demək istədiyini anlayırdı. Amma bəzən gerçəyi inkar etmək insana tək çıxış yolu kimi gələr.
Çox incitmişdi Nəsrini... İndi gec idi. Artıq nə könül almaq olardı,nə də etdiklərini unutdurmaq... Peşman idi mi?! Hə! Sonuna qədər! Amma bu peşmanlıq çarə idimi!? Yox!Zərrə qədər də!
Necə anlada bilərdi ki,Nəsrinin yenə ona əvvəlki kimi baxması,ona gözlərinin içiylə gülməsi üçün hər şeyi etməyə hazır olduğunu...
Nəsrin heç vaxt ona bu qədər uzaq olmamışdı... Düzdü,küsdüyü,günlərlə onu danışdırmadığı çox olmuşdu. Rəşid başda bu dəfə də eynisinin olduğunu düşünmüşdü. Amma aralarında keçən o dialoqdan sonra heç nə əvvəlki kimi olmadı. O gün Rəşidlə Nəsrin arasındakı hər şey sanki bir iplə bağlıymış kimi qopdu.

... Bənzərsiz Dilək ...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin