Sevgilisinə qovuşan Ayşənin sevincinin həddi-hüdudu yox idi. Bəzi günlər bu lənət dolu ayrılığın heç bitməyəcəyini,Murada qovuşa bilməyəcəyi düşünürdü. Onsuzluğun düşüncəsi belə onu həyata küsdürməyə bəs edirdi. Bu düşüncələrin qorxusu onu yuxularında belə rahatlıq vermir,hər gecə qan-tər içində oyanmağına səbəb olurdu. Lakin indi kabusları röyaya çevrilmişdi.
Bəzən içini məna verə bilmədiyi bir təlaş sarsa da,yaşadığı xoşbəxtlik hər şeyi ona unurdurmağa kifayət edirdi. Ayşən bu bəlanın bitdiyindən əmin deyildi. Murad bu barədə heç nə deməmişdi ona. Ayşən də sorğulamamışdı heç. Murada qovuşduğunu bilmək ona bəs edirdi. Bir də ki,nə önəmi var axı? Necə olduğunu düşünməkdənsə,onsuz keçirtdiyi hər günü Muradla doldurmaq düşüncəsi ona daha cəzbedici görünürdü.
İndi sevincini dostu ilə bölüşən Ayşənin gözlərindəki o parlaqlıq Nazlını məmnun etmişdi. Dostunu həyata döndürən xəbəri bütün incəlikləri ilə bilmək üçün bir daha soruşdu:
-Ayşən,indi deyirsən ki,atası deyib?
-Hə,o deyib.
- Səncə,təhlükə tamamilə bitib?
- Yəqin ki... Atası hərtərəfli düşünməmiş belə qərar verməz. O çox təcrübəli adamdı.
Ayşən Muradın atasını heç görməsə də,haqqında çox eşitmişdi.Tanımadan həm ona heyran olmuş,həm də güvənmişdi. Övladlarınının onun haqqında dediklərindən gəldiyi qənaətə görə,Ələkbər Əmiraslanov şübhəsiz çox qüdrətli biri idi. Ayşənin onun ailəsini təhlükəyə atmayacağına,onları qoruyacağına inamı tam idi.
-Çox xoşbəxtəm,Nazlı. Həsrət bitdi.- Nazlının əlini ovuclarının içində tutan Ayşən xoşbəxtliyini dəfələrlə dilə gətirməkdən yorulmurdu.
-Görürəm,gözəlim. Gözlərin gülür. Amma...qorxuram da..
-Niyə? Turala görə? Qorxma,o bizə heç nə edə bilməz. -Ayşən dostunun qorxusunun səbəbini anlamaq üçün gözlərinə baxmaq istədi.Nazlı isə gözlərinə yerə zilləmişdi.
- Yox,ona görə qorxmuram.... -Nazlının qəlbindəki gərginlik səsinə yansımışdı.
- Niyə qorxursan bəs? -Ayşən səbirsizlənmişdi.
- Bu qədər sevgi,bağlılıq...necə deyim,bilmir... -Nazlı düşüncələrini ifadə etməyin dostunu incitməyəcək bir yolunu tapmağa çalışırdı.
-Bilirsən,mənim bir çiçəyim var idi. Onu çox sevirdim,yaxşı qulluq edirdim. -Nazlı nəhayət düşündüklərini Ayşənlə paylaşmağın bir yolunu tapmışdı.
-Hə,bilirəm. Çox sevirdin onu... İndi böyümüş,çiçək açmış olar.
- Öldü,-dedi Nazlı. Yerdən qaldırmadığı baxışlarındakı kədər görülməyə dəyərdi.
- Öldü? Niyə? -Ayşən təəccübləndi.
- Çox sevdiyimdən öldürdüm onu. Çox su verdim,boğuldu. -Nazlının səsində bir az əvvəlki gərginlik yerini buz kimi sərt soyuqluğa vermişdi.
-Nazlı,dəlisən?! İnsan heç bir şeyi sırf çox sevdiyi üçün məhv edə bilər?
- Edər. İnsan bəzən bir çiçəyi sırf onu sevdiyi üçün məhv edə bilər. Hər şey kimi...Sevginin də çoxu zərər verər. Səncə də belə deyil?
Dostunun bu cümlələri Ayşənə Muradın Leyla ilə bağlı dediklərini xatırlatdı. Leylanın ölümünün səbəbini bilmədiyini ona anladarkən sevgilisinin necə zorlandığını unutmamışdı. O gün onu heyrətə düşürən cümlələri kəliməsi-kəliməsinə bir daha xatırladı:
" ...Mən onu sadəcə sevdim.Çox sevdim. Onu incitməmək üçün hər şeyi etdim. Üstünə titrədim,qayğısına qaldım. Amma sevgim onu xilas etməyə yetmədi. Məndən getdi,həm də belə... Bəzən düşünürəm,Ayşən. Bəlkə də...bütün bunlar sırf onu sevdiyim üçün oldu. Bəlkə də sevgimlə boğdum onu...Bəlkə də qardaşı haqlıdı. Onun qatili mənəm,ya da sevgim... Səncə,sevgi xoşbəxtliyinə səbəb olduğu birinin həm də qatili ola bilərmi?!
Ayşən həmin gün ona ünvanlanan,amma cavab tapa bilmədiyi o suala yenidən cavab axtarmağa başladı.
Otağında təkbaşına,qaranlıqda oturmuş Ələkbər də bu sualı özünə vermişdi.Amma onun sualında fərqli məqamlar var idi. Ələkbər sevgini qatildən çox,qətl aləti kimi görürdü.
Əgər,doğrudan da Leylanın ölümünün sevgi ilə bir əlaqəsi var idisə... onda Ələkbərin indiyə qədər gördüyü ən fərqli silah sevgi idi. Ələkbər bu qədər təcrübəsinə ve yaşına rəğmən silahlar haqqında yeni bir şey daha öyrəndiyini düşündü...
"Sevgi bəzən insanı ölümə aparan ən səssiz silah ola bilər..."