"Mən də onun qürurlu olmasını ona bağışlayardım,əgər o mənim qürurumu yaralamasaydı..."
Jane Austen "Pride&Prejudice"-Ayşənlə danışdım.Barışıblarrr!!! -Nəsrin Ayşənlə danışandan sonra bu xəbəri Rəşidə verməyə tələsmişdi.
-Hə,gözün aydın! Mən də Muradla danışdım.Hər şey yaxşıdı.
Nəsrin çiyinlərini çəkdi:
-Eh...Mən onsuz da barışacaqlarından əmin idim.
Rəşid üzündəki təbəssümü gizləməyə çalışsa da,Nəsrinin diqqətindən yayına bilməmişdi.
-Hey,niyə gülürsən?! İnanmırsan mənə? Bilirdim.Ona görə ki....Bir-birini sevən iki insanın arasına girən heç bir əngəl sona kimi davam gətirə bilməz.
-Yox.İnanıram dəli.
Nəsrin bu cavabı eşidəndən sonra özünə verdiyi sözü xatırladı. Heç bir söz demədən qapıya tərəf döndü. Nəsrinin otaqdan çıxacağını görən Rəşid onun qarşısına keçib qapını örtdü.
-Nəsrin,nolub? Məndən niyə qaçırsan?
-Yox....Qaçmıram. Sadəcə mənim ... -Nəsrinin üzü qızarmışdı.
-Hə sənin nə?!
Nərsin kəkələməyə başladı:
-Mə...n...iim i...şim var... Hə,işim var.
Rəşid onu qolundan tutub otağın ortasına çəkdi.
-O çox vacib iş nədirsə,gözləməli olacaq.Çünki indi biz danışıb bu məsələni həll edəcik.
-Məsələ filan yoxdu,Rəşid.
-Var,Nəsrin.Mən uşaq deyiləm! Mənim üzümə belə baxmırsan! Nolub axı? Neynəmişəm axı yenə mən?!
Nəsrinin uzun müddətdir cavab verməkdən qaçdığı suallar indi qarşısına heç gözləmədiyi bir anda çıxmışdı.Pəncərinin qarşısındakı ikili kreslodan birində oturdu. Dərindən nəfəs alıb,sözə başladı.
-Yadındadı,mənə demişdin ki,məndən uzaq ol.Səni incidərəm.
Rəşid Nəsrinin qarşısındakı kresloya keçib oturdu.
-Hə yadımdadı,demişdim ki...Mən ətrafımdakı insanları həmişə incidirəm.
-Bəs mənim cavabım necə?
-"İncinməkdən qorxmuram,mən"demişdin.
-Hə...Çünki mən düşünürdüm ki,sən heç vaxt bilərəkdən məni incitməzsən.Amma elə deyilmiş.Sən necə acı verəcəyini bilə-bilə məni incitdin.
Nəsrin danışdıqca Rəşid əli ilə dizini yumruqlayırdı.Nəsrin isə pəncərədən çölə baxırdı.Həmişə bir cüt ulduz kimi parlayan gözlərində Rəşidin heç görmədiyi dərin bir boşluq var idi.
-Sonra ....mən bir daha...daha dərindən incinməmək üçün həyatından uzaqlaşmaq qərarına gəldim.
-Həyatımdan uzaqlaşmaq?! Kimdən icazə aldın həyatımdan uzaqlaşmaq üçün?!
Nəsrinin üzündə acı təbəssüm yarandı.
-İcazə?! Belə bir danışıq əvvəllər də aramızda keçmişdi.O zaman mənə icazə versəydin əgər....özünü bu qədər düşünmüş olmasaydın,mən bu qədər zərər görmüş olmayacaqdım...
-Nəsrin....
-Rəşid,sən nə istədiyini heç zaman bilməmisən.Mənə uzaq ol desən belə,digər tərəfdən buna maneə olurdun. Sonra mən səndən xəbərsiz dəfələrlə səni bağışladım.Hər dəfə səni sorğusuz-sualsız bağışladıqca içimdə nəyisə tapdaladığımı hiss edirdim. Nə olduğunu anlamamaqda dirəndiyim bu şeyin "qürurum"olduğunu gec də olsa, başa düşdüm.Mən yalnız sənin birinə ehtiyacın olduqda,sən istədikdə yanında idim. Öz məğrur,əyilməz qürurun üçün qürurumu fəda etməyimə göz yumdun.
Rəşid etdiyi səhvləri xatırladıqca xəcalət çəkirdi. Alnından süzülən tər damlaları isə peşmanlığını ifadə etməyə yetmirdi. Danışmağı yenicə öyrənmiş körpələr kimi demək istəyib də,necə ifadə edəcəyini bilmədiyi yüzlərlə söz boğazında düyünlənmişdi.
-Uzun sözün qısası,Rəşid. Səndən icazəsiz sənin həyatından uzaqlaşdım.Amma bunun üçün səndən üzr istəməyəcəm. Çünki əslində mən səni bərk narahat edən dərddən xilas etmişəm. Mənim izahatım burda bitdi. Bundan sonra bu barədə bir daha danışmasaq,yaxşıdı.- dedi Nəsrin.
Sonra isə çiyinləri çökmüş,gözləri yaşla dolmuş Rəşidə baxmadan otaqdan çıxdı.