_DƏSTƏK_

31 9 0
                                    

Muradın fikri həm bir neçə saatdan sonra gedəcək olan dostunda,həm də bəyaqdan səssizcə oturub maşının pəncərəsindən yolu izləyən sevgilisində idi. Evlərinə gedən yolda içindəkiləri sevgilisinə danışmaq,rahatlamaq istəyirdi. Amma araya çökmüş səssizliyi pozmağa cəsarət etmirdi. Sevgilisi onun evinə gəlirdi. Amma o bu önəmli hadisəyə sevinə bilmirdi. Rəşidin gedişi ilə bağlı yaranacaq problemlər onun zehnini elə məşğul edirdi ki,sevgilisini bir anlıq unutmuşdu. İşıqforda dayandıqda başını sağa çevirib sevgilisinə baxdı. Elə o anda ağlındakı bütün düşüncələr dilinə töküldü:
- Günün sonu,-dedi Murad. Səsi sanki saniyələr boyunca tutduğu nəfəsi verirmiş kimi səslənmişdi.
-Necə? -Ayşən sevgilisinin səsindən ürpərib doğruldu.
-Gedir. -dedi. Yaşıl işığın yandığını görüb qaza basdı.
Ayşən uzanıb əlini sevgilisinin əlinin üstünə qoydu. Bununla da Murada veriləcək ən yaxşı cavabı-onun yanında olduğunu bildirmək istədi.
- Hazır deyiləm,Ayşən. Bu ana qədər bu barədə düşünməyi təxirə saldım. Amma onun gedişinə hazırlaya bilməmişəm özümü.
-Bu hazır ola biləcəyin bir şey deyil,Murad. İnsan ən yaxınının gedişinə necə hazır ola bilər!? Sadəcə qəbul etməlisən.
Murad təəccüblə sevgilisinə baxdı.
-Qəbul etməlisən. O gedir. Gedişini qəbul etməlisən. Qəbul etmədiyin bir şeyə inanmazsan. İnanmadığın şeyin varlığına isə alışa bilməzsən. Əvvəl onun getdiyini qəbul etməlisən. Sonra isə buna alışmalısan. Onsuz yaşamağa alışmalısan. Rəşidin hər gedişində belə dağıla bilməzsən!
- Axı insan sevdiyi birinin yoxluğuna necə alışa bilər?!
Ayşən dərindən nəfəs aldı. Onu bəyaqdan narahat edən sıxıntını bu yolla içindən atmağa çalırdı. Onu bu qədər sıxan,narahat edən şeyin nə olduğunu bilmirdi. Amma ondan qurtulmağın bir yolunu axtarırdı. Öz sıxıntısından qurtulub sevgilisinə kömək etməyin bir yolunu tapmaq istəyirdi.
-Murad,bir düşün. Sevdiklərini itirən və onlara heç vaxt qovuşa bilməyəcək insanları düşün! Sevdiyi ani bir qəzada,ölümcül xəstəlikdən,gənc yaşında şəhid olub ölən insanları düşün... Onlar buna necə alışır!?
Murad sevgilisini dediklərini düşünüb bir müddət sonra dilləndi:
-Ölümü bir son kimi qəbul etdiyimiz,hamının bir gün öləcəyinə inandığımız üçün sevdiklərimizin ölümünə alışarıq.
-Düzdü,-sevgilisinin zəkasına bir daha heyran olan Ayşən gülümsədi.
-Amma Rəşid gedir.Bizi tərk edib gedir.
-Hə gedir. Amma bir telefon qədər uzağa,bir neçə saat çəkəcək səyahətin sonunda qovuşa biləcəyin qədər uzağa...Səncə,Rəşid getməyə hazırdı? Yox! Amma getməli olduğunu qəbul edib,getməkdən başqa çarəsi olmadığına inanıb. Və bu gerçəyə alışıb.
-Ayşən,axı..Axı asan deyil. Bu dediklərin...bu qədər sadə deyil. Asan...heç deyil!
Sevgilisinin titrəyən səsini eşitdikcə Ayşənin içindəki sxıntı böyüyür,gözlərində yaşa çevrilirdi.
-Çətindi bilirəm.Asan olmayacaq. Amma mən həmişə yanında olacam. Çiyinlərindəki yükün ağırlığının fərqindəyəm.Yükünü alacağıma söz verə bilmərəm,amma alnındakı təri silmək üçün həmişə yanında olacağıma əmin ola bilərsən.
Muradın bəyaqdan rolu bərk qavramış əlləri boşaldı. Çöhrəsindəki qəhəri sevdiyi qadının zərif sevgisi silib apardı.
Ayşən sevgilisinin rahatlığından məmnun halda gülümsəsə də,içindəki sıxıntı daha dözülməz bir hal almışdı. Açıq pəncərədən içəri süzülən sərin hava onu rahatlatmağa kifayət etmirdi. Sanki aldığı nəfəs ciyərlərinə yetmirdi.
Ayşənin sevgisi ilə təskinlik tapan Murad isə onlardan bir neçə metr qabaqda sürətlə hərəkət edən maşında keçən söhbətin məğzini düşünməyə başladı. Görəsən,Rəşid Nəsrini rahatlatmağın bir yolunu tapa bilmişdi...?!

... Bənzərsiz Dilək ...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin