Günəşin parlaq şüaları otağını işıqlandırdıqdan xeyli sonra Ayşən gözlərini açdı.Əslində heç yatmamışdı da... Rəşidlə danışdıqdan azca sonra yatağına girsə də,bütün gecə gözünə yuxu girməmişdi.
Dikəlib saata baxdı.
Başı ucundakı ağ rəngli elektron saat 9:00-u göstərirdi. Ayşən dərhal qalxıb hazırlaşmalı idi. Yoxsa gecikə bilərdi. Amma yerindən qalxmaq istəmirdi. Bu tənbəllikdən deyildi. Sadəcə yorğun idi. Çünki xoşbəxt deyildi. Xoşbəxt olmayan insan özünü yorğun hiss edər. Nə həvəsi olar yaşamağa,nə də nəfəsi...
Muradla xoşbəxt idi Ayşən,onunla yaşayırdı. Indi isə Ayşən ruhsuz bədəndən başqa bir şey deyildi....Murad Ayşənin gecikmələrinə alışmışdı. Onu həmişə həyəcanla gözləyirdi. Çünki nə qədər gecikirsə, geciksin sonda gələcəyini bilirdi. Amma bu dəfə Ayşəni hər zaman olduğundan daha gözləmişdi.Üstəlik Murad bu dəfə onun gələcəyindən də əmin deyildi. Dəqiqələr keçdikcə Muradın təlaşı da artırdı. Ötən hər saniyə ümidi bir az daha azalırdı. Nəhayət onun gəlməcəyini qərara alıb masadan qalxırdı ki,Ayşəni qarşısında gördü. Bir anlıq durğunluqdan sonra Murad tez diqqətini toplayıb oturması üçün onun stulunu çəkdi.
-Xoş gəldin... Gəlməyəcəyini düşünməyə başlamışdım. ,-dedi titrək səs tonu ilə.
- Rəşidə söz vermişdim.
Muraddan fərqli olaraq Ayşənin səsində az da olsa,həyəcan hiss olunmurdu.
-Hə, sözünə sadiq qalıb gəldiyin üçün təşəkkürlər.
- Vaxtım azdı. Eşidirəm səni. Rəşid demişdi axı, vacib nələrsə deyəsən.
-Hə,düzdü. Necə başlayacağımı tapa bilmirəm sadəcə...
- Tez tapsan,yaxşı olar. Bəlkə... elə Leyladan başlayasan.
-Yaxşı... ,-Murad nəfəsini dərib sözə başladı.
Leylanın ölümü haqqında danışanda Ayşən ilk dəfə başını qaldırıb Murada baxdı. Dayana bilməyib sözünü kəsdi.
-Intiharmı?! Bunu mənə deməmişdin.
-"Onu itirdim" demişdim.
- Mən belə anlamamışdım. Səni tərk etdiyini düşünmüşdüm. Ehh,axmaq Ayşən! - Ayşən əsəbi halda öz-özünə deyinib başına xəfifcə vurdu.
- Bu sənin günahın deyil. Kim olsa,belə anlayardı.
- Bəs bunun məni tərsləməyin və məndən uzaq qalmağınla nə əlaqəsi var?
-Səbrli ol,danışıram.Leylanın bir qardaşı var.... -beləcə Murad Ayşəndən gizlətdiyi hər şeyi danışdı.
Murad sözünü bitirdikdə Ayşən gözyaşlarına boğulmuşdu. Bu qədər sirr ona ağır gəlmişdi.
-Murad... Sən nə danışırsan? Özünü necə qoruya bilərsən ki?! Bu...bu... çox təhlükəlidi...
Ayşənin qorxduğunu hiss edən Murad onun gözyaşlarını silib dedi:
-Qorxma,gözəlim. Söz verirəm sənə,mənə heç nə olmayacaq.
- Yox,belə olmaz.Heç olmasa,atana danış hər şeyi. Onun səni qorumağa gücü çatar.
-Atam hər şeyi bilir,Ayşən. Rahatla artıq. O,bizə heç nə edə bilməz.
Gəl,çölə çıxaq. Təmiz hava al,özünə gəl.
Bir az təmiz havada gəzdikdən sonra nəhayət Ayşən özünə gəlmişdi. Muradın əlini tutub gözlərinə baxdı:
- Sənsiz mən yaşaya bilmərəm,Murad. Sənsiz bir gün belə,mənə bir ömür kimi görünür. Bu iki gündə nə çəkdiyimi bilsən....
Murad Ayşəni özünə çəkib möhkəmcə qucaqladı.
- Şşşş... Sevgilim...sakit ol. Biz bir daha ayrı qalmayacağıq. Ömrümüzün sonuna qədər birlikdə olacağımıza,söz verirəm. Inan mənə. Sadəcə,sadəcə sənin də mənə bir söz verməyini istəyirəm.
- Nə söz?
Murad iri gözlərini açıb ona təəccüblə baxan sevgilisinə gülümsəyərək dedi:
- Tələsmə,gözəlim. Tezliklə... öyrənərsən.