... Qış fəsli olmasına baxmayaraq havalar neçə gün idi ki,isti keçirdi. Hər səhər günəşin isti işıqları şəffaf pəncərədən süzülüb Ayşənin otağını aydınladardı...
Bu səhər isə günəşin parlaq şüalarının yerini buludların vahiməli tutqunluğu almışdı. Belə havanı Ayşən əvvəllər çox sevərdi. Günəşsiz səma ona yalnız olduğu,sevgisiz həyatını xatırladardı... Amma Murad Ayşənin həyatına girdikdən sonra bu tənhalıq bənzərsiz bir xoşbəxtliklə əvəz olunmuşdu.Bu səhər Ayşənin içində qəribə bir sıxıntı var idi... Sanki bilmədən böyük bir qəbahət işləmişdi.. Nə olduğunu anlamağa çalışırdı. Ürəyi sıxılırdı.
Ağlına pis bir şey gətirmək istəmədiyi üçün bu vəziyyəti hava ilə əlaqələndirdi...Yatağını topladıqdan sonra aynanın qabağına keçib bir müddət özünü izlədi. Ayşən üzünü nəzərdən keçirdikcə digər tərəfdən də Muradın simasını gözünün önünə gətirməyə çalışırdı. Aynaya yaxınlaşıb üzünə diqqətlə baxdı. Ayşənin dodağının sol kənarında balaca bir xal var idi. Ayşən təbii ki,uşaqlıqdan üzündə var olan bu xalı yeni görmürdü...
Amma onu təəccübləndirən başqa bir şey var idi. Cəld ayağa qalxıb çantasını açdı. Muradla keçən həftə çəkdirdikləri şəkilləri tapdı. Diqqətlə Murada baxdı. Xeyr,yaddaşı onu yanıltmırdı. O,haqlı idi...Muradın dodağının sağ tərəfində eyni Ayşəndə olduğu kimi bir xal var idi...
- Yox.. Yox.. yanılmamışam. Bu necə ola bilər?! Eynidi ki,bunlar... Bu dərəcədə təsadüf mümkündür?!Əslində Ayşən haqlı idi... Çünki həyatda tesadüf adlı bir məfhum mövcud deyildir. Təsadüf - insanların tale adlanan alın yazılarına verdikləri qondarma bir addır...
Ayşən Muradla bir bütünün iki yarısı olduqlarına bir dəfə daha əmin oldu.Muradı bütün gecə yuxu tutmamışdı. Ağlındakı sual onu narahat edirdi. Dünən parkda kimi isə görmüşdü. Bundan əmin idi... Axşam evə qayıdandan bəri Rəşidlə də danışa bilməmişdi. Çünki Rəşid otağına qapanmışdı.Heç kimlə ünsiyyətdə olmaq istəmirdi. Rəşid atası öləndən sonra nə zaman incinsə belə edərdi.Amma artıq Murad onu bütünlükdə narahat edən bu sualla tək başına savaşa bilmirdi. Rəşidlə danışmaq üçün otağına getdi. Elə qapıdaca Almaz xanımın səsi onu dayanmağa məcbur elədi.
-Murad... Heç kimlə danışmaq istəmir. Rəşidi hamımızdan yaxşı sən tanıyırsan. Qərarlarına hörmət edilmədikdə necə aqressivləşdiyini də yaxşı bilirsən.
-Ana,onun danışmağa ehtiyacı var. Həmişə belə içinə qapanır. Onun üçün çox narahatam.
-Bilirəm,bilirəm. Nəsrin də çox peşmandı. Neçə dəfə bura qədər gəlib səslənib,amma Rəşid danışmaq istəmir. Hətta atan da bugün səhər danışmağa cəhd elədi.
-Atamla da danışmadı?
-Yox... Səssizcə oturmuşdu çarpayısında. Atan nə etsə də,danışdıra bilmədi. Onun Rəşidə necə dəyər verdiyini bilirsən. Onu belə görmək atana əziyyət verir.
-Atam hardadı?
-Bağçada...Murad otağının eyvanına çıxdı. Həyətə nəzər saldı. Ələkbər illər əvvəl uşaqlarla birlikdə əkdiyi ağaca baxırdı. O, nə vaxt sıxılsa,narahat olsa bağa gələr,bu ağacı seyr edərdi. Sanki bu ağacdan mənəvi bir güc alırdı Amma bu dəfə fərqli bir şey var idi. Ələkbərin bu halının səbəbi Rəşid deyildi. Çünki artıq Rəşidin bu hərəkətlərinə hamı kimi o da alışmışdı.
Murad atasında yeni yaranan bu susqunluğun,qəmginliyin səbəbini anlaya bilmirdi.