_İNSAN_

34 7 2
                                    

Əmiraslanovlar malikənəsinə günəşin son işıqları ilə bərabər çökən səssizlik pianonun valehedici səsi ilə pozuldu. Piano arxasında yerini rahatlayan Rəşidin də məqsədi elə bu ölü sükutu pozmaq idi. Həm də Murad gələnədək aclığını unutmağın ən yaxşı yolu bu kimi gəlmişdi.
   Bir ildən çox idi ki,Rəşid pianoya toxunmurdu. İndi barmaqları onun ağ-qara dillərində gəzişdikcə ruhunu bürüyən o rahatlıq ona hüzur verirdi. İfa etmək üçün ən sevdiyi mahnını-Əziz dostu seçmişdi. Melodiyanın eşidən kimi həm təəccüb,həm də heyranlığı eyni anda yaşayan ailənin digər üzvləri çoxdan pianonun başındakı yerlərini almışdılar. Nəsrin güclə eşidiləcək tərzdə musiqiyə sözlərlə müşayiət edirdi..."...ah niyə sənin mən tuta bilmi..rəm əllərində...n.."
   Ailəsinin xoşbəxtliyini uzaqdan-yemək masasından izləyən Ələkbəri şahid olduğu mənzərə çox sevindirirdi. Tez-tez qolundakı gümüş rəngli saata baxırdı. Muradın bu qədər gecikməsi onu narahat edirdi.
   Rəşid mahnının nəqarətini son dəfə təkrarlayıb axırıncı nota basanda arxadan gələn alqış səsləri Muradın evdə olduğunun xəbərçisi idi...
     Şam yeməyi boyunca "Suyu verərsən,duz lazımdı"kimi ifadələrdən başqa süfrədən ümumiyyətlə səs çıxmamışdı. Heç kim olanlar barəsində söz açmağa cəsarət etmirdi. Hamı Ələkbərin nə deyəcəyini gözləyirdi.
    Bütün axşam boyunca ailəsinin sual dolu baxışlarını üzərində hiss edən Ələkbər yeməyini bitirdi. Çoxdan yeməyini bitirib ona baxan ailəsini gözdən keçirdi. Artıq danışmağın vaxtı çatmışdı. Yerini rahatlayıb,arxasına yaslandı. Əllərini masanın üzərində birləşdirdi. Rəsmi bir çıxışa hazırlaşırmış kimi səsini təmizləyib nəhayət sözə başladı:
-Bu axşam sizinlə bütün bu olanlar haqqında,ailəmizin başındakı bu bəla barəsində danışmaq istədiyim hamınıza məlumdu. Mən ən başda hələ sizdən əvvəl təhlükədən xəbərdar idim. Ancaq vəziyyəti yanlış dəyərləndirmişəm. Onun bu qədər təhlükəli ola biləcəyini düşünməmişdim. Amma yanılmışam. Bilirsiniz...İnsanlar çox nadir hallarda göründükləri kimidirlər.
    Nitqinə bir az ara verdi. Gözlərində Muradın çox nadir gördüyü yorğunluq sezilirdi. Murad atasının dediklərini diqqətlə dinləmişdi. Atasının Turalın adını xüsusilə çəkməməsi diqqətindən yayınmamışdı. Aradakı səssizliyi pozmağa heç kim ürək etmirdi. Neçə dəqiqə belə keçmişdi... heç kim bilmirdi. Hamı düşüncələrə qərq olmuşdu. Ələkbər ailəsinə nitqinə davam etmək istədiyini bildirmək üçün öskürdü.
     -Bir aydan çoxdur,həyatımızı ondan asılı yaşamışıq. O bizlə oyun oynamaq istəyir. Amma mən nə özümü,nə də ailəmi belə bir uşağın əlində oyuncaq eləmərəm. Səhərdən bu oyunu sonlandırırıq.Amma bu o demək deyil ki,ehtiyatı əldən buraxırıq.Qəti! Qəti,ehtiyatı əldən buraxmaq olmaz! Təhlükə davam edir. Bunu unutmaq olmaz! Murad,sən dostuna da xəbər ver. (Ələkbər oğlunun həyatındakı bütün qızları belə adlandırardı. Ayşəni də onlardan ayırmağı lazım bilməmişdi.) Qoy,rahat olsun. Görüşə də bilərsiniz...Rəşid,sən də geniş bir məkan axtar!
   Ələkbər bunları deyib sağ tərəfində oturan Nəsrinə baxıb gülümsədi.Əlini onun əlinin üstünə qoydu. Hamının ona təəccüb dolu nəzərlərlə baxdığının fərqində idi. O isə bunun əvəzinə Nəsrinin başına sığal çəkirdi. Rəşid dözməyib soruşdu:
-Nə məkan,əmi?
  Ələkbər sanki Rəşidi eşitməmişdi. Ona cavab vermək yerinə Nəsrindən soruşdu:
- Qızım,əsərlərin nə yerdədi?
- Yax-şı...Yaxşıdı,ata. -gözlənilməz sualdan Nəsrin heyrətə düşmüşdü.
- Yaxşı? Yəni,nə dərəcədə? Sərgi üçün yetərlidi?
- Sərgi?!!-Nəsrin əmin olmaq üçün bir də soruşdu.
-Hə,qızım! Sərgi...sənin sərgin. Daha yubatmaq lazım deyil. Tezliklə olacaq. Sən hazırlaş. Rəşid lazımi yeri tapan kimi sərgini edəcik.
     Nəsrinin aylar əvvəl bugünə planlanmış sərgisi də Əmiraslanovlar ailəsində qərarlaşdırılmış digər hər şey kimi Turalın gəlişi ilə baş tutmamışdı.Sərgi də onun kölgəsində qalıb unudulmuşdu.Ələkbərin sərginin tezliklə olması barədə qərarı ailənin azadlığa qovuşmasının ən böyük göstəricisi idi. Bu həm də Turala ondan qorxmadıqlarını göstərməyin ən yaxşı yolu idi.
  Bağçada oturmuş çaylarını içən Muradla Rəşidin də söhbətinin əsas məğzi Ələkbərin bu qərarı idi.
-Hə,doğrudan. Unutmuşdum. Görüşünüz necə keçdi? -Rəşid hələ indi öz təşkil etdiyi görüşü xatırlamışdı.Bu axşam olanlar ona Muradın Ayşənlə bugünkü görüşünü unutdurmuşdu.
- Yaxşı...
-Elə yaxşı? Başqa cür ifadə edə bilmirsən?
-Necə anladım....bilmirəm. Tək onu deyə bilərəm ki,bu gün bir daha anladım.. Anladım ki,bəzi insanlar itirilməyəcək qədər dəyərlidir...

... Bənzərsiz Dilək ...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin