_QARA_

23 2 3
                                    

Ruhunu saran təəccübün doldurduğu gözlərini Rəşiddən çəkib yanında titrəyən Nəsrinə baxdı. Yaşadıqlarını anlamaqda zorluq çəkən Ayşənin Turalın dediklərini sorğulayacaq, dərk edəcək halı qalmamışdı. Yaşadıqlarının təsiri ilə donmuş zehni titrəyən bədənini idarə etməkdə güclük çəkirdi. Ondan çox da fərqi olmayan Nəsrinə, yanında dizlərinin üstünə çökmüş Almaz xanıma baxdı. Bir az əvvəl gördüyü qadından geriyə heç nə qalmamış, dəqiqələr içində başqa birinə çevrilmişdi.
Qadının hıçqırıqlarının arasına qarışan sözləri eşidəndə bütün bədəni ürpərdi. "Murad!" ... Necə unutmuşdu Muradı?! Bunu bilmirdi. Ayşənin indi bildiyi tək şey sevdiyi adama baxmağa, onun çöküşünü görməyə yetəcək gücü olmadığı idi.
Amma onun yanında olmalı idi. Sevgilisinin yanında... Sevgilisinin ona ehtiyacı var idi. Başını qaldırıb görəcəyi mənzərədən qorxaraq Murada baxdı. Necə yəni?!
Murad bütün əzəməti ilə Turalın qarşısında dayanmış, onu buz kimi soyuq baxışlarının hədəfinə çevirmişdi. Bütün ailəsi gözünün önünə yıxılmışkən, o hələ də necə güclü qala bilmişdi?!
-Açıqla! -dedi. Səsi də baxışları kimi buz kəsmişdi.
-Böyük məmnuniyyətlə... -deyib güldü qarşısındakı adam.
Üzünə yerləşdirdiyi kinayəli təbəssümün arxasında təəccüb gizlənmişdi əslində. İstədiyi olmuş, Əmiraslanov ailəsi dağılmışdı. Ən azından bir qismi... Amma o niyə hələ də qarşısında idi?! Necə onla hələ də savaşacaq gücü tapırdı özündə?! Bəs Ələkbər?! O harda idi?!
Ələkbəri düşünməyi bir kənara qoyub əvvəlcə Muradı yıxmaq qərarına gəldi. Çünki Ələkbərə biçdiyi cəza o çox sevdiyi ailəsinin, övladlarının çöküşünü, sonunu izləmək idi. Eyni onun kimi...
Əlindəki qara cildli dəftəri küçənin ortasına, düz Muradın qabağına atdı.
-Götür! Çəkinmə, Murad! Qoy, o cavablasın ağlındakı bütün sualları!
Murad yerdəki qara dəftərə baxdı. Hələ bir neçə ay əvvəl vidalaşdığı Leylanın xatirələrini saxladığı qutunu, içindəki dəftərləri xatırladı. Əyilib əlinə aldı dəftəri. Əlinin içi ilə üstündəki torpağı sildi. Barmaqlarını arasına salıb bir səhifəni açdı.
-"Ucadan, Əmiraslanov! Bu qədər eqoist olma! Günahlarını bilmək sənin kimi onların da haqqıdı!" Əlindəki silahı səbirsizcə tərpətdi Tural. "Oxu! Ucadan! Bir daha təkrarlamayacam!"
Murad boğazına dolan qəhəri qovub gur səslə oxumağa başladı.
" İnsan sevdiyini nə zaman anlayar, səncə?! Mən anlamadım çünki... Bəs nə zaman bitər sevgisi? Nə zaman külə dönər alışıb yanan ürəyi? Bitsin, istəyirəm çünki... artıq bitsin! Axı nə zaman başladım ki sevməyə, indi bitsin istəyirəm... Başladığını belə anlamadığı bir şeyin sonunu necə gətirər ki, insan?!"
- "Başqa bir səhifə aç! Oxu! Nəyi gözləyirsən!" -bu dəfə əli silah tutan gəncin gur səsi titrəmişdi.
Oxudu Murad. Hər cümləsində qəlbinə sancılan xəncərin acısını ruhunda hiss edərək oxudu... Anlamışdı. Sonda nə qəlbi yerində qalacaqdı, nə də ruhu bədənində...
"Bacısı ilə görüşdük bugün. Hələ də sevmir məni. Onu sevir çünki. Mən elə baxırdı ki, hiss edirdi sanki. Doğrudan, qadınlar hiss edər, deyilmi?! Sevgini də, nifrəti də ilk qadınlar hiss edər... Amma elə gözəl gülür ki... Belə gözəl gülən qadınların xətrinə dönsün istəyirəm dünya! "
" Bir qəlbə iki insan sığarmı?! Ya qəlbim başqa, ağlım başqa adamı sevirsə... Bəs onda necə?! Utanıram. Özümdən utanıram! Amma mən buna layiqəm! Bilirsən, öz xoşbəxtliyinin qatili olan həbsə çevrilən həyatında ömürlük dustaqlığa məhkum olar."
"O qədər yaxşı biridi ki... Onu tanıyana kimi mükəmmələ inanmazdım. Amma Murad... hər şeyi ilə...Heyranam ona! Heyranlıq... Bəlkə də ona olan hislərimin adı budu. Onun kimi birini mənim kimi alçaq biri sevməməli idi onsuz. Onun sevgisinə layiq deyiləm mən! Alçağın, xainin biriyəm."
"Ən çox da səndən utanıram, günlüyüm. Artıq yazmayacam sənə! Sən belə hislərlə çirklənməyəcək qədər dəyərlisən mənim üçün. O günü xatırladıqca içim yanır... Can çəkişirəm. Yer ayrılsın, dibinə girim istəyirəm..."
O gün... O günü ən yaxşı Murad xatırlayırdı. Birlikdə kitab alırdılar. Gözü rəfin aşağı gözündəki dəri cildli dəftərlərə ilişdi. "Leyla, günlük tutaq!" demişdi həyəcanla. "Birlikdə keçirdiyimiz hər gün xoşbəxtliyimizi, ayrı qaldığımız günlər həsrətimizi onla bölüşək. Bəlkə bir gün bir-birimizə oxuyarıq..."
Gözləri doldu. Dayanacaq gücü qalmamışdı. Bir-birlərinə oxumağı xəyal etdiyi günlüyü indi necə oxuyurdu... Necə etmişdi bunu?! Onla xoşbəxt olduğu anları bölüşsün deyə aldığı dəftərə, başqasına olan sevgisini necə anlada bilmişdi?!
Murad Leyladan sonra bir daha günlüyünə bir kəlmə də yazmamışdı. Çünki heç bir dəftər, heç bir kağız parçası onsuz qaldığı günlərdə çəkdiyi həsrəti bölüşməyə yetəcək qədər böyük deyildi...
-Ne-cə?! Hardan tapmısan bunu?! Çox axtardım. Axtardıq... Yox idi!
Çox axtarmışdı. Polisə belə demişdi. Heç kim tapa bilməmişdi. Heç olmamış kimi hamısı yox olmuşdu.
-Hamısını basdırmışdı. Uşaqkən də belə idi. Ən sevdiyi oyuncaqları heç kim tapmasın deyə binanın həyətindəkı ağacın altına basdırardı.
Tural gözündən axan bir-iki damla yaşı əlinin tərsi ilə silib əlindəki silahı Rəşidə doğrultdu.
-Çox uzandı bu məsələ! Dostun ürəyimcə oxuya bilmədi! Bundan sonrasını sən oxuyasan! -deyə, yaşlı gözlərlə onu izləyən düşmənlərinə baxıb qışqırdı.
-Əmiraslanovlar! Həyatınızın ən böyük üzləşməsinə hazır olun!

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Oct 27, 2019 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

... Bənzərsiz Dilək ...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin