-Buyurun,qələminiz .
Ayşən Muradın ona uzatdığı qələmini böyük ehtimal masanın yanında yerə salmışdı.Muradın qəlbində indi sanki itirdiyi sevimli oyuncağını uzun müddət sonra tapan uşağın yaşadığı sevinc var idi. Bu sevinci Muradın parlayan gözlərindən də hiss etmək olurdu. Murad haqqında çox maraqlandığı qızla bir daha ünsiyyətdə olma imkanı tapmışdı:
- Cox sag olun.
- Bir qədər agressivsiniz deyəsən? -Murad söhbəti uzatmaq istəyirdi.-Bağışlayın,bir az əvvəl sizə qarşı səs tonumu bir qədər yüksəltmiş ola bilərəm. Buna görə,üzr istəyirəm.O ki qaldı, dediklərimə o məsələdə tamamilə haqlı idim. Keçən dəfə yaşananlar xatirinizdədir,yəqin ki..
-"Keçən dəfə çox da uğurlu bir tanışlıq olmadı məncə. Əslində onu tanışlıq da hesab etmək düzgün deyil. Məncə yenidən başlamaq ən yaxşısıdı." ,-Murad bəxtini bir daha sınamaq üçün dilləndi.
Murad Ayşənin səssiz qaldığını görüb vaxt itirmədən:
-Mən Murad. Ikinci kurs hüquq tələbəsiyəm.
-Mən Ayşən. Iki aydır ki,Tibb fakültəsi tələbəsiyəm.
Murad ağlında Ayşənin dediklərini analiz edirdi. Deməli,tibb tələbəsidir. Bu il qebul olubsa da,18 yaşı var,yeqin ki........Bir neçə dəqiqə sakitlikdən sonra...
Murad Ayşənin şirin səsilə ağlındakı müzakirələrə son verdi. Ayşənə cavab vermədiyini,onu gözlətdiyini başa düşməsi isə bir neçə saniyəsini almışdı.
-Mən də.... Mən də şad oldum.
Ayşən gülümsəyib Muradla sağollaşdı.Ayşən təzəcə bir neçə addım atmışdı ki,Murad arxadan səsləndi:
-Ayşən... Xanımm....
Ayşən öz adını Muradın ağzından ilk dəfə idi eşidirdi.-Bu dəfə nəyi yerə saldım,görəsən? -Ayşən özünəxas gülüşü ilə soruşdu.
- Xeyr,xeyr. Heç nə. Mənim sadəcə bir sualım daha var idi.
-Buyurun,eşidirəm?
-Siz bu kitabxanaya tez-tez gəlirsinizmi?
-Həftədə bir gün.. -Ayşən Muradın nə demək istdəyini başa düşmüşdü.
- Bir gün? Bugün!
- Həqiqətən getməliyəm. Görüşənədək... - tez-tez qolundakı mavi rəngli saata baxan Ayşən bununla tələsdiyini bildirmək istəyirdi.Görüşənədək?! Bu nə demək idi?! Deməli,Ayşən də Muradı yenidən görmək istəyirdi?! Ayşən bir həftə sonrası üçün görüşmü təyin etmişdi?! Bəlkə də sadəcə etik bir sağollaşma idi. Murad səhv anlamışdı bəlkə. Murad indi də bu sualların qurbanına çevrilmişdi......
Ayşənin üzündə heç cürə məna verə bilmədiyi bir gülüş yaranmışdı.Ayşən qəflətən yolun ortasında dayandı.
Ayşən son dəfə nə demişdi Murada? Görüşənədəkmi??? Nə?! Bunu necə demişdi Ayşən ?? Bu ki axmaqlıqdır. Heç tanımadığı birinə görüşənədəkmi demişdi?! Ya səhv anladisa Murad? Nəyi səhv anlayacaqdı ki? Görüşək deməmişdi ki Ayşən . Amma görüşməyək də deməmişdi. Hazırladığı söz oyununun məğlubuna çevrilmişdi birdən-birə.Indi Ayşənin içini bir sıxıntı bürümüşdü. Bir həftə davam edəcək bir sıxıntı.Bir həftə Ayşəni yuxusuz qoyacaq bir sıxıntı .....
Murad evə qayıdarkən ağlında bugün Ayşənlə danışdıqları var idi. Ayşənin hər dediyini təkrar-təkrar nəzərdən keçirdir,diqqətindən nə isə qaçırtmadığından əmin olmaq istəyirdi.
Murad bunları fikirləşərkən evdə onu tamam başqa bir sürpriz gözləyirdi....
Emiraslanovlar ailəsinin daimi sakini geri dönmüşdü.