_ HEKAYƏ _

121 21 7
                                    

- Rəşid söhbət sənə darıxdırıcı gəlir? -Nəsrin Rəşidin susqunluğuna məna verə bilmirdi.
Rəşid masada oturduğu andan bəri pəncərədən izlədiyi avtomobildən gözünü ayırıb dilləndi:
-Xeyr,xeyr ! Şəxsimə yönəldilən bu ittihamı qətiyyətlə rədd edirəm.
- Çox fikirli görünürsən nəsə... -Nəsrin masaya göz gəzdirərək söyləndi.
- Ooo...üzürlü sayın,madam.Belə iki gözəl xanımla eyni masada əyləşmək hər gəncdə bu cür təəssürat yaradar. Harda qalmışdıq?
Nəsrin aldığı cavabdan məmnun halda gülümsədi :
- Çox zərifsiniz,Cənab. Muradla Ayşənin ilk tanışlığı barəsində danışırıq...

Ayşən böyük bir həvəslə Muradla yaşadıqları hər şeyi onlara danışdı. Sonda isə :
-Mənə görə,hər insanın bir həyat hekayəsi var. Hər hekayənin davamı isə başqa birinin həyatında gizlidir. Yəni hər hekayə onu tamamlayacaq sonluq tapılanadək yarımdır. Mənim hekayəmin sonu Muradladır. Mən buna inanıram. Allah bizi bir bütünün iki yarısı olaraq yaradıb.

Nəsrinin gözlərinin yaşla dolduğunu görən Ayşən sözünü yarıda kəsdi.
-Nəsrin,yaxşısan?
-Hə... hə. Narahat olma. Çox gözəl danışdın Ayşən. Tamamilə haqlısan.
Muradla bir-birinizə o qədər bənzəyirsiniz ki...
Murad səssizcə oturub Nəsrinlə Ayşənin söhbətini dinləyir və bu səmimi dialoqdan məmnun halda gülümsəyirdi.

Artıq ayrılma vaxtı gəlmişdi. Nəsrinlə Ayşən bir-birlərini o qədər sevmişdilər ki,indi ayrılmaq ikisi üçün də çətin idi. Rəşid cəld tərpənib qalxması üçün Nəsrinin stulunu çəkdi.
- Rəşid... o həmişə belə zərifdi. Biz qohumdan əlavə çox yaxın dostuq,uşaqlıqdan birlikdə böyümüşük. Mənim üçün Rəşidin Muraddan heç bir fərqi yoxdu,o da məni ən az Murad qədər sevir.. -Nəsrin bu sözləri Rəşidə baxmadan birbaşa söyləmişdi.

Rəşid isə bu sözlərin qarşısında çaşıb qalmışdı. Nəsrin heç vaxt Rəşidi qohumu olaraq gördüyü haqqında danışmamışdı. Yəni artıq Rəşidə olan hisləri bitmişdi?! Rəşid bunu gözləmirdi. Amma niyə özünü bir anda boşluqda hiss etmişdi?! Onun da istədiyi bu deyildi ki?!

Ayşən Əmiraslanovlar ailəsinin gənc üzvlərinin səmimiyyətinə,möhtəşəmliyinə heyran qalmışdı. Muradın ailəsi də onun kimi mükəmməl idi. Ayşənə qəribə gələn digər məsələ isə Rəşidin Nəsrinə olan diqqətinin,qayğısının Muraddan daha çox olması idi. Muradın bacısını necə sevdiyini,onu qoruduğunu bilən Ayşən düşünürdü ki, bir qız bundan artıq mühafizə oluna bilməz. Amma bugün Rəşidin Nəsrinə qarşı davranışı onu təəccübləndirmişdi. Ayşən Rəşidin birinə bu dərəcədə diqqət gösdərə biləcəyini düşünmürdü. Çünki hər nə qədər Rəşidi sevsə də,onun laqeyd biri olduğunu düşünürdü.

Murad maşında Ayşəndən Nəsrin haqqında düşüncələrini soruşdu.
- Çox sevdim Nəsrini. Mənim bacım yoxdu,bilirsən. Nəsrini artıq bacım kimi görürəm. Çox səmimi bir insandı. Şübhəsiz,Almaz xanım çox möhtəşəm bir qadındır. Belə mükəmməl 3 övlad yetişdirib.
- Hə. Anama çox şey borcluyuq. O,bizim sultanımızdır. Ayşən,bəs mən?
-Sən?
-Mən nə zaman qardaşınla tanış olacam?
-Murad,bunu əvvəlcə anama deməliyəm. Qardaşım bunu yaxşı qarşılamaz.
-Başa düşürəm. Mənim də bacım var,amma belə də özümü narahat hiss edirəm.
- Bilirəm,canım. Həll edəcəm mən.
- Yaxşı,gözəlim,sən deyən kimi olsun.

Rəşidin onu həyətdə qarşılaması Murada təəccüblü gəlmişdi. Murad maşından düşüb Rəşidə yaxınlaşıb zarafatla soruşdu:
-Nolub? Evə girməyə icazə yoxdu?
-lakin elə o dəqiqə Rəşidin üzündəki ifadəni görüb məsələnin ciddi olduğunu anladı.
-Rəşid,danışasan? Nolub?
- Haqlısan. Bugün mən özüm gördüm
- Nəyi?
- Izləndiyimizi !

... Bənzərsiz Dilək ...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin